Əsas Səhifə > Sosial, Manşet > Azərbaycanda nurçular hansı yollarla maliyyələşirlər – Bakıda Fətullah Gülənə yaxın olan məmurlar var

Azərbaycanda nurçular hansı yollarla maliyyələşirlər – Bakıda Fətullah Gülənə yaxın olan məmurlar var


20-06-2014, 12:24
Azərbaycanda nurçular hansı yollarla maliyyələşirlər – Bakıda Fətullah Gülənə yaxın olan məmurlar var
DİA.AZ: - Redaksiyamıza bu gün Azərbaycanda ciddi basqı altında olan Fətullah Gülən cameəsi ilə bağlı ilginc məlumatlar daxil olub. DİA.AZ-a ötürülən informasiyada nurçuların lideri Fətullah Gülənin və bu camaatın maliyyə qaynaqları ilə bağlı maraqlı bilgilər verilib. Məlumatlı mənbə bildirir ki, Gülən camaatının hazırda nəzarətində Türkiyədə 1000, başqa dövlətlərdə isə daha 1000 məktəb var.

Mənbənin söylədikləri: “Doğrudur, artıq Türkiyədəki 1000 məktəbdən 300-ə yaxını Ərdoğan iqtidarının müdaxiləsi ilə fəaliyyətini dayandırıb. Azərbaycan da daxil olmaqla, daha dünyanın 6 ölkəsində də məhz rəsmin Ankaranın istəyi ilə Gülən məktəbləri fəaliyyətini dayandırıb ki, bu da qeyd olunan rəqəmlərin azalması ilə nəticələnib”.

Əsas maliyyə mənbəylərinin təkcə bununla bağlı olmadığını da bildirən mənbə dia-az.life-a açıqlamasında qeyd edir ki, güclü şəkildə təşkilatlanmış nurçular gizli qurum olaraq qəbul edilə bilməz, eləcə də Azərbaycanda: "Təşkilatların çoxu özünü ayrı tutur. Gülən hərəkatında isə bunun tərsi görünür. Onlar daha çox cəmiyyətə inteqrasiya olunmaq istəyirlər. Azərbaycanda da bütün sferalara sirayət ediblər. Həm hakimiyyətdədirlər, həm müxalifətdə. Həm ticarətdədirlər, həm təhsildə. Bir sözlə, hər yerdədirlər".

Mənbə iddia edir ki, Azərbaycandakl Gülən camaatı mənsubları da öz aralarında pul yığırlar: “Maliyyələşmə üçün pulların böyük qismi təşkilat üzvlərindən gəlir. Bu təşkilatın pulları dəstəkçilərdən gəlir. Hərəkatın içindəki şəxslərin böyük əksəriyyəti illik gəlirlərinin 5-20 faizini təşkilata verirlər. Belə adamların sayı isə Azərbaycanda 7-10 min nəfər arasındadır. Buraya kifayət qədər vəzifəli şəxslər də daxildir. Bundan əlavə Azərbaycan nurçularına kənardan da maliyyə dəstəyi gəlir. Hər adamın ortalama 10 faiz gəlirlərini ayırmasını nəzərdə tutun və bunun nə qədər böyük pul demək olduğunu görəcəksiniz".

Qeyd edək ki, yüksək təhsil alan gənclər nurçuların təsir dairəsində olurlar və gələcəkdə ali təhsil aldıqdan sonra dövlət qurumlarına yerləşdirilirlər. Bu isə düşünülmüş planın tərkib hissələrindən biridir. Bundan başqa, nurçuların Azərbaycanda dayanıqlı fəaliyyət göstərməsi və əhatə dairələrini genişləndirmək üçün Türkiyə və yerli şirkətlərin onlara ianələr verdiyi də məlumatlar sırasındadır. Yəni, həmin şirkətlər illik qazanclarından bir qismini nurçuların Azərbaycandakı əsas mərkəzlərinə ötürməklə onların yaşamasını təmin edirlər.

Geri qayıt