Əsas Səhifə > Sosial, Manşet > Bankir Etibar Əliyevin hamını hədələyən oğlu geri çəkildi

Bankir Etibar Əliyevin hamını hədələyən oğlu geri çəkildi


1-07-2014, 10:57
Bankir Etibar Əliyevin hamını hədələyən oğlu geri çəkildi
10 mart 2012-ci il tarixdə Səbail rayon məhkəməsi dələduzluq əməli ilə bağlı “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevi 3 ay müddətinə həbs etdi. Qeyri-rəsmi mənbənin bildirdiyinə görə həbsin səbəbi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin şikayəti olub. Bakıdakı görüşü zamanı Saakaşvili bildirb ki, “Texnikabank” gürcü biznesmenlərindən birinin əmlakını mənimsəyib və qaytarmaq istəmir. Gürcü biznesmenin Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciəti heç bir nəticə verməyib. Beləliklə, Saakaşvilinin şikayəti əsasında çinayət işi qaldırılıb.
12 iyun 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tibbi ekspertizanın rəyini nəzərə alaraq Etibar Əliyevin səhhəti ilə bağlı məhkəmə prosesində iştirak etməməsi barədə qərar çıxarıb.
Beləliklə Etibar Əliyevə qarşı qaldırılmış cinayət işi müvəqqəti dayandırılıb.Və ölkədən çıxmamaq şərti ilə Etibar Əliyev həbsdən azad edilib.
Mötəbər mənbənin verdiyi məlumata görə Etibar Əliyev həbsdə olduğu müddətdə onun əmlakının və biznesinin bir hissəsi oğlu Kəramət Əliyevin nəzarətinə keçib. Kəramət Əliyevin nəzarətinə keçən biznes obyektlərindən biri də müxtəlif sahibkarlara icarəyə verilən “Babək Plaza”dır.
Bir müddət əvvəl Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) müraciət edən sahibkarlar hüquqlarının pozulduğunu və Kəramət Əliyev tərəfindən icarə müqaviləsindəki şərtlərə əməl olunmadığını bildiriblər.
Bir neçə gün əvvəl Kəramət Əliyev tərəfindən qəribə status paylaşılıb:” Çaqqallar qorxun artıq... Biz ayağa qalxdıq”
Bankir Etibar Əliyevin hamını hədələyən oğlu geri çəkildi
Bütün yuxarıda deyilənlərə aydınlıq gətirmək üçün Kəramət Əliyevin özü ilə telefon əlaqəsi saxladıq. Kəramət Əliyev atasının həbsindən sonra guya “Babək Plaza”nın onun səlahiyyətinə keçməsini inkar etdi: “Mən “Babək Plaza”nın təsisçisi və sahibiyəm”.
Sahibkarların hüquqlarının pozulması ilə bağlı məsələyə isə Kəramət Əliyev belə aydınlıq gətirdi: “Mən sahibkarları sıxışdırmıram, kooperativdəki bütün ofislər satılıb. Ofis sahibləri ilə kommunal xidmət üçün müqavilə imzalanıb”.
“Yazdığınız statusda siz kimləri çaqqal adlandırırsınız” sualına isə keçmiş bankirin oğlu belə cavab verdi: “O statusu mən yazmamışam”.


Bankir Etibar Əliyevin hamını hədələyən oğlu geri çəkildi
Geri qayıt