Əsas Səhifə > Sosial, Manşet > Gömrük sistemində yeni oliqarx peyda olub – Seyid Samirin “SS” dəstəsi bir ay ərzində 2 milyon qazanır

Gömrük sistemində yeni oliqarx peyda olub – Seyid Samirin “SS” dəstəsi bir ay ərzində 2 milyon qazanır


2-07-2014, 11:08
Gömrük sistemində yeni oliqarx peyda olub – Seyid Samirin “SS” dəstəsi bir ay ərzində 2 milyon qazanır
DİA.AZ: - Biləsuvar Sərhəd keçid Gömrük məntəqəsində özbaşınalıq tüğyan edir. Bu Gömrük Məntəqəsində SS kimi fəliyyət göstərən yəni Seyid Samirin tapşırıqları icra olunur. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir.

Xəbəri verən məlumatlı şəxs bildirir ki, Biləsuvar Sərhəd keçid Gömrük məntəqəsində qanunsuz yollarla külli miqdarda sərvət əldə edən Seyid Samir bu gün əlindəki maddi imkanlara görə, hətta oliqarx məmurlara belə meydan oxuya bilər.

DİA.AZ-a daxil olan həmin məlumatı olduğu kimi oxucuların diqqətinə çatdırırıq;

“Seyid Samir kimdir?

Dəfələrlə 1990 cı illərdə Sərhəd pozucusu kimi saxlanımış, dəfələrlə İran-Azərbaycan sərhəd pozucusu kimi qeydə alınmış sonradan yaxın qohumunun (həmin şəxs artıq rəhmətə gedib) himayəsi ilə Gömrük Komitəsində ad - san sahibi olan Samir Hadı oğlu Kazımovdur. Samir Kazımov Dövlət qulluğunda işləməklə yanaşı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman və sərəncamları kobud surətdə pozmaqla dolayısı yolla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir. Onun Cəlilabadda - Göytəpə yolunun yaxınlığında SS - oil yanacaq doldurma məntəqəsi, Cəlilabad şəhərinin Mərkəzi Parkında " Sarı " çayxanası və Apteki vardır, Cəlilabadın mərkəzində yuksək hazırlıqlı Şadlıq evi inşa etdirmişdir.

Təbii ki, hər kəs özünə şərait qurmaqda, imkanlar aşmaqda sərbəstdir. Amma bu bir faktdır ki, Seyid Samirin topladığı sərvətin qaynağı birbaşa olaraq gömrükdəki özbaşınalıqlardır.

Belə ki, bir ay ərzində Seyid Samirin Biləsuvar gömrüyündəki “SS dəstəsi”nin üzvləri 2 milyon manata yaxın “gəlir” əldə edirlər ki, bu pulun da yalnız tən yarısı “yuxarılara” çatır, yerdə qalan 1 milyon manatın əhəmiyyətli hissəsi isə Seyidin cibinə axır.

Bu rəqəmlər havadan götürülməyib. Və yaxın günlərdə Seyid Samirin aylıq gəlirini təşkil edən bütün fəaliyyəti ilə bağlı detallı məlumatları mətbuata açıqlayacağıq”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt