Əsas Səhifə > Sosial, Manşet > Elşad Abdullayevin durumu kifayət qədər gərgin nöqtəyə gətirilib
Elşad Abdullayevin durumu kifayət qədər gərgin nöqtəyə gətirilib4-07-2014, 11:21 |
DİA.AZ: - Bir zamanlar özünün gizli videoçəkilişləri ilə az qala hakim düşərgə üçün bir kabusa çevrilən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə bağlı yeni informasiyalar əldə etmişik. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, neçə aylardır ABU-nun narazı tələbələri və onların yaxınları dövlətin müvafiq qurumları tərəfindən Elşad Abdullayevlə və onun fəaliyyəti ilə əlaqədar sorğu-suala tutulub. Mənbənin söylədikləri: «Artıq keçmiş rektora qarşı cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülə bilər. Bunların arasında dələduzluq, rüşvətxorluq və digər bu kimi ittihamlar da yer alıb. Konkret olakraq 300-dən artıq tələbənin və tələbə yaxının ifadəsi əsasında Elşad Abdullayevə qarşı yeni cinayət işinin açılması gözlənilir». Bildirək ki, artıq Elşad Abdullayev beynəlxalq axtarışdadır və o, ABU-klinikada qanunsuz orqan trnasplantasiyası ittihamının hədəfindədir. dia-az.life-a daxil olan son informasiyalardan isə aydın olur ki, hazırda Fransada qaçqın statusu ilə yaşayan sabiq rektorun Azərbaycana həbs olunaraq gətirilməsi üçün müvafiq icazənin verilməsi gözlənilir. Geri qayıt |