Əsas Səhifə > Sosial, Manşet > Millətçi gənclər vəhabiləri, nurçuları, irançıları hədələdilər

Millətçi gənclər vəhabiləri, nurçuları, irançıları hədələdilər


7-07-2014, 11:00
Millətçi gənclər vəhabiləri, nurçuları, irançıları hədələdilər
DİA.AZ: - Azərbaycanda son günlər bəzi təxribatçı qüvvələrin fəallaşması ölkə gəncliyini də narahat etməkdədir. Bununla bağlı Millətçi Gənclər Hərəkatı adından qurumun başqanı Elnur Ataturan bəyanat verib.

Bəyanatın DİA.AZ-a daxil olan mətnində deyilir: «Bu gün nurçular, vəhabilər, irançılar və digər bu kimi məzhəbçilər Azərbaycanı bölən, bütövlüyünü təhdid edən hərəkətləri ilə diqqətə gəlirlər ki, bu işdə də başlıca təkanverici rolunda məhz vətənimizi parçalamaq istəyən, millətimiz arasında düşmənçiliyi aşılamağı məqsəd edən kənar güclər çıxış etməkdədir.

Biz Azərbaycan dövlətinin sahibləri olaraq bütün təriqətlərə müraciət edirik: Bura Sizin üçün nə İraq deyil, nə Suriya, nə İran, nə də Əfqanıstan. Bura sizin üçün Pensilvaniya da deyil. Bura hansısa təriqətin əyləncə yerinə, savaş meydanına çevrilməyəcək və artıq sizlərə xəbərdarlıq etməyimizin zamanı yetişib.

Bilin ki, bu ölkənin milyonlarla gənci var və bu gənclər hansısa ideyanın nökərlərinə Azərbaycanı, azərbaycan dövlətinin maraqlarını qapdırmayacaq. İstənilən bir neqativ, təhlükəli hərəkətinizin qarşısında bizləri - bu ölkənin vətənpərvər gənclərini görəcəksiniz».

Geri qayıt