Əsas Səhifə > Sosial, Manşet > Qumda təhsil alanlar fars-molla rejiminə Bakıda agent xidməti göstərirlər

Qumda təhsil alanlar fars-molla rejiminə Bakıda agent xidməti göstərirlər


19-07-2014, 16:05
Qumda təhsil alanlar fars-molla rejiminə Bakıda agent xidməti göstərirlər
DİA.AZ: - İran İslam Respublikasının Azərbaycana qarşı apardığı qeyri -statndart mübarizəsi davam etməkdədir. Bu mübarizə əsasən mediya vasitəsilə aparılmaqdadır. 2015-ci ildə Azərbaycanda keçiriləcək yay olimpiya oyunları ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə İran müsətqil mediya agentlikləri respublika əleyhinə xəbərlər, məqalələr yayımlamaqda davam edir. Bu barədə DİA.AZ-a maraqlı material göndərilib ki, onu da diqqətinizə təqdim edirik:

"İranın iqtidaryönlü “Asriran” və İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan “Tabnak” saytları yaydıqları kiçik bir xəbərdə İranın Bakıdakı nümayəndəliyinə məxsus ofislərdən birinə hücum edildiyi haqda xəbər yayıblar. Bu kimi xəbərlərin informasiya agentliklərində yayımlanması Azərbaycanın beynəlxalq arenada nüfuzuna xələl gətirmək və keçiriləcək dünya səviyyəli forumlar, konfransal və idman müsabiqələrinin təhlükəsizliyini sual altına almaqdır.

Xəbərdə ofisdəki əmlakın dağıdıldığı, bəzi avadanlıqların götürülərək aparıldığı da iddia edilir. “Asriran” və “Tabnak” saytlarının xəbərində “İranın Bakıdakı nümayəndəliyi” deyildikdə söhbətin hansı qurumdan, onun haradakı ofisindən getdiyi açıqlanmayıb, hadisənin başqa detallarına aydınlıq gətirilməyib. Məsələ ilə bağlı saytı Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib ki, nazirlikdə bununla bağlı heç bir məlumat yoxdur. Təbrizdə fəaliyyət göstərən nasrnews.ir saytı yazır ki, “İslam düşmənçiliyi və sionistlərlə əməkdaşlıq Azərbaycan Respublikasının yürütdüyü siyasətin əsas elementinə çevrilib”.

Guya Bakı “mərkəzi Təbriz olan həqiqi Azərbaycanda geniş aksiyalar hazırlayır. Qarşıya vəzifə qoyulub ki, orada vərəqələr, kitablar yayılsın, orada İran Azərbaycanının tarixi təhrif edilsin, İranın qeyrətli azərbaycanlıları arasında nifaq salınsın”.

FarsNews agentliyinə istinadən bildirir ki, Seyid Əli Xamneinin "Keyxan” ictimai-siyasi qəzetindəki nümayəndəsi və həmin nəşrin direktoru Hüseyn Şəriətmədari qeyd edib ki, Azərbaycan referendum vasitəsilə İrana birləşdirilməlidir: "Azərbaycanın əhalisinin əksəriyyətini şiə təriqətinə mənsub insanlar təşkil edir. Buna görə də Azərbaycan İranın tərkibinə daxil olmalı və bunu referendum vasitəsilə həyata keçirməlidir.

Məlumdur ki, İranın sabiq rəhbərliyi Azərbaycanın müstəqilliyini uzun tərəddüddən sonar tanımışdır. Bu tərəddüd Azərbaycan adının beynəlxalq siyasətin subyekti kimi yenidən meydanda olmasını İranın özünə qarşı təhdid saymasından irəli gəlir. İran informasiya egentliklərində Azərbaycanca yayımlanan və Azərbaycana qarşı yazılan xəbər və məqalələrin müəllifləri elə İran xüsusi xidmət orqanları tərəfindən uzun illər əməkdaşlıqlara cəlb edilən Azərbaycan vətəndaşlarıdır. Etibarlı mənbədən əldə edilən məlumatda deyilir ki, vaxtı ilə Qum şəhərində guya təhsil almaq adı ilə gedən azərbaycanlılar əslində Xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək Azərbaycanda keçirilən Evrovision mahni müsabiqəsi, Parlament və Prezident seçkiləri dövründə əhali arasnda iğtişaş və fikir ayrılığı yaratmaq məqsədi ilə güclü faliyyətlərə cəlb edilmişlər. Azərbaycan mediasında və hüquq mühafizə orqanlarında adı daha çox hallanan İlqar Həşimov adlı şəxsin fəaliyəti haqda geniş məlumat verilmişdir. İran xüsusi xidmət orqanlarının İranda deyil Moskva şəhərində yerləşdirdiyi bu şəxs İran nəzarəti altında olan bir neçə xəbər portalının azərbaycanca olan bölməsinə rəhbərlik etməklə mütəmadi olaraq Azərbaycana əleyhinə xəbərlərin yayılmasında aktiv iştirak edir. İlqar Həşimovla birgə Rusiyanın müxtəlif şəhərlərinə daha bir çox azərbaycanlı, Ruslan, Qabil, Səfər adlı İran təhsilli şəxslər eyni fəaliyyəti həyata keçirirlər. Azərbaycanda Təhsil Naziriliyinin qarşısında keçirilən qanunsuz aksiyaların təşkilatlanmasında və təşkilatçıların maliyələşdirilməsində adı çəkilən qrupun geniş maliyə imkanlarından istifadə edilməsi haqda məlumat verilmişdir.

Yaxşı, bəs İran Azərbaycandan nə istəyir? Bu sualın cavabı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüdür".

Humay
Geri qayıt