Əsas Səhifə > Sosial, Manşet > Rusiya ilə Azərbaycan arasında danışıqlarda şok gəlişmə - Azərbaycan SSRİ-yə dönüş edir

Rusiya ilə Azərbaycan arasında danışıqlarda şok gəlişmə - Azərbaycan SSRİ-yə dönüş edir


21-07-2014, 11:12
Rusiya ilə Azərbaycan arasında danışıqlarda şok gəlişmə - Azərbaycan SSRİ-yə dönüş edir
DİA.AZ: - Bir müddət əvvəl xəbər verərək bildirmişdik ki, artıq rəsmi Bakı Rusiya ilə anlaşıb və Azərbaycan təkcə Gömrük İttifaqına deyil, həm də Avrasiya Birliyinə qoşulacaq. Bunun müqabilində isə Kreml Azərbaycana işğal olunmuş Qarabağ torpaqlarının azadlığına şərait yaradacağı da iddia olunani informasiyada əlavə olaraq qeyd olunurdu ki, sözügedən istiqamətdə Moskva ilə Bakı arasında gizli anlaşma əldə olunub.

DİA.AZ-a daxil olan son xəbər isə daha maraqlıdır. Diplomatik qaynaqlardan sızan bilgiyə görə, Azərbaycan tərəfi Kremllə danışıqlarının detallarını tam olaraq bitirib. Hətta bu məqsədlə rəsmi Bakının nüfuzlu simalarından biri bir aydır ki, Moskvada oturub.

Mənbənin söylədikləri: «Artıq tərəflər anlaşıblar. Azərbaycan şərti olaraq «SSRİ dağılmamışdan əvvəlki duruma qayıdış planı» adını alan layihədə iştirak edəcək. Yəni dünənə qədərki ənənəvi balanslaşdırılmış siyasətdən imtina olunacaq. Moskvaya ezam olunmuş nüfuzlu rəsmi Bakı sözçüsü artıq geri qayıdıb və Rusiya ilə əldə olunan anlaşmanın detalları tam təfsilatı ilə hakimiyyətin diqqətinə çatdırılıb».

Mənbə dia-az.life-a bildirib ki, Azərbaycan gələn ilin əvvəllərində Gömrük İttifaqına qoşulacaq: «Avrasiya Birliyi isə simvolik bir tarixdə - 2017-ci ildə rəsmən elan olunacaq və buna qədər Rusiya keçmiş sovet məkanını həmin birliyə cəlb etmə yönünjə çaba sərf edəcək. Yəni Böyük Oktyabr Sosialist İnqilabının 100 illiyinin tamamında Avrasiya Birliyi yaranacaq. Bu birlikdə isə Azərbaycan mütləq olacaq. Çünki belə anlaşma əldə olunub. Əvəzində Azərbaycan Qarabağı geri alacaq».

Geri qayıt