Əsas Səhifə > Sosial, Manşet > Səfər Əbiyevlə bağlı şok iddia: Keçmiş nazir ABŞ kəşfiyyatına işləyirmiş
Səfər Əbiyevlə bağlı şok iddia: Keçmiş nazir ABŞ kəşfiyyatına işləyirmiş30-07-2014, 11:28 |
DİA.AZ: - Redaksiyamıza keçmiş müdafiə naziri Səfər Əbiyevlə bağlı ilginc məlumat ötürülüb. DİA.AZ-a bu barədə xəbəri verən qaynaq iddia edir ki, keçmiş müdafiə nazirimizin Amerikanın xüsusi xidmət orqanları ilə şübhəli əlaqələri olub və bu faktlar rəsmi Bakıya üçüncü bir ölkə tərəfindən ötürülüb. Mənbəmiz xatırladır ki, ümumiyyətlə, Səfər Əbiyev ABŞ-ın bir çox layihələrində Azərbaycan dövlətini təmsil edən fiqur olması səbəbindən rəsmi Vaşinqtonla Azərbaycan hakimiyyətinin münasibətlərindən də sorumlu olub. Onun son prezident seçkiləri ərəfəsində ABŞ-a səfərini xatırladan mənbə bildirir ki, Səfər Əbiyev bu səfərini uğursuzluqla başa vurduğundan artıq onun «Amerika casusu olması» faktına da göz yumulmadı. Mənbə xatırladır ki, ABŞ-ın keçən ilki prezident seçkilərini sərt qarşılamasının ardından Səfər Əbiyev dərhal bu ölkənin Azərbaycandakı səfiri Riçard Morninqstarı qəbul etməsiylə və seçkilərə reaksiya verməsiylə də diqqətə gəldi: «Səfər Əbiyev müdafiə naziri olmasına rəcmən Morninqstarla sırf siyasi müstəvidə danışıq apardı. Bu barədə hətta rəsmi informasiya agentlikləri, habelə müdafiə nazirliyinin özü də məlumat yaydı. Halbuki Morninqstarla bu mövzuda danışası kifayət qədər yetkili şəxs var idi. Amma Səfər Əbiyev məhz ABŞ-la münasibətlərdən yana təhkim olması səbəbindən onu səfirlə danışığa yolladılar». Amma bu danışıqların da uğursuxz olduğunu bildirən mənbə dia-az.life-a açıqlamasında vurğulayır ki, əslində buna qədər də artıq rəsmi Bakının əlində Səfər Əbiyevin ABŞ-ın xüsusi xidmət orqanları ilə ilişgisini sübutlayan dəlillər var idi: «Bu gün də Səfər Əbiyevin Amerika dövlətinin qoruması altındadır və onunla bağlı rəsmi Bakının hər hansı hüquqi addım atma tədbirləri də yetərli olmayacaq». Mənbə dia-az.life-a açıqlamasında onu da əlavə edib ki, məhz bu şübhəli əlaqələri nəhayətdə Səfər Əbiyevin görəvdən alınmasına gətirib çıxarıb və onun barəsində keçən ilin 22 oktyabr tarixində - məhz Morninqstarla görüşündən 6 gün sonra qərar verilərək, istefaya göndərilib. Yəni Əbiyev danışıqlardan da uğursuz çıxdığından "vuruldu". Bildirək ki, bu yöndən DİA.AZ-a əlavə bilgilər də verilib. Həmin faktları zaman-zaman diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin… Geri qayıt |