Əsas Səhifə > Sosial, Manşet > Beynəlxalq Bankda da vəhabilərə xüsusi imtiyazlar var imiş
Beynəlxalq Bankda da vəhabilərə xüsusi imtiyazlar var imiş31-07-2014, 11:32 |
DİA.AZ: - Son illərdə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində bir neçə şəxs həbs olunub, onlarla məmur postunu itirib. Bu kampaniya zamanı aydın olub ki, daha ciddi problemlər yaşayan sektorlardan biri də bank sektorudur. Mərkəzdən kənarda fəaliyyət göstərən bank filialları sözsün həqiqi mənasında gizli biznes şəbəkəsi yarada biliblər. Bu cür hallardan biri də Şamaxı rayonunda baş verməkdədir. Aydın olub ki, Şamaxı rayonunda ciddi biznes strukturlarının ələ keçirilməsi, sahibkarların asılı duruma salınması üçün iki bank filialı ciddi iş birliyi qurub. Söhbət AGBANK-la, Beynəlxalq Bankın Şamaxı filiallarının rəhbərlərindən gedir. Mənbənin sözlərinə görə Beynəlxalq Bankın filial rəhbəri keçmiş Maliyyə Naziri Əvəz Ələkbərovun yaxın qohumudur. Məhz bu qohumluq əlaqələrinə görə filial rəhbəri Sahib Əliabbasov rayonda ciddi biznes şəbəkəsi qura bilib. Mənbə bildirir ki, bu şəxs öncələr Beynəlxalq Bankın mərkəzi ofisində çalışırmış. Amma sonradan yaranan vəziyyətə uyğun olaraq o rayona göndərilib və hazırda rayonda əsl sahibkara çevrilib. Qeyd olunur ki, Sahib Əliabbasov həm də Əvəz Ələkbərovun buznesinə nəzarəti həyata keçirir. Buna görə də keçmiş nazir tez-tez rayonda olur və işlərlə maraqlanır. İndi isə qayıdaq filial rəhbərlərinin rayondakı fəaliyyətinə. Bildirilir ki, filial rəhbərlərinin əsas gəlirləri yerli sahibkarlara kredit ayırmaları ilə bağlıdır. Bu sahədə əsas diqqəti cəlb edən məqam isə məişət texnikalarının alınması ilə bağlı kreditlərin verilməsindədir. DİA.AZ-a daxil olan məlumata görə, rayonda fəaliyyət göstərən müəyyən firmalar onlara məxsus məhsulların kredit yolu ilə satıcılara verilməsi üçün mütləq filiallarla əməkdaşlıq etməlidilər. Amma filial rəhbərləri bunu hər şirkətlə etmir, ya özlərinə aid firmalara kredit ayırır, ya da onların yazılmamış şərtləri qəbul olunmalıdır. Qayıdaq indi də Beynəlxalq Bankın Şamaxı filialının rəhbəri Sahib Əliabbasova. Mənbə bildirir ki, Sahib Əliabbasovun dolanışıq yollarından biri də “vəhhabi” təriqətinə aid olan iş adamları ilə ciddi əlaqələr qurmasıdır. Əsas kreditlər onlara ayrılır və nəticədə gözə görünməyən biznes strukturlarına sahib olur. Yeri gəlmişkən bunu da qeyd edək ki, Cahangir Hacıyevin rəhbəri olduğu bankın digər filiallarında da eyni olayların yaşandığı söylənilir. Görünür bu səbəbdən yaxın vaxtlarda adı çəkilən banklarda yoxlamaların olacağı proqnozlaşdırılır. Geri qayıt |