Əsas Səhifə > Sosial, Manşet > Zakir Həsənov ordudakı itkilərə görə izahat vermək məcburiyyətindədir
Zakir Həsənov ordudakı itkilərə görə izahat vermək məcburiyyətindədir1-08-2014, 12:42 |
DİA.AZ: - Cəbhənin Tərtər-Ağdam istiqamətindəki döyüş xəttində verdiyimiz itkilərlə bağlı və ümumiyyətlə artıq sayı 12 nəfər olduğu iddia edilən şəhid verməyimizin təfərrüatları ilə bağlı dolğun bilgilər mövcud deyil. Müdafiə nazirliyinin müəmmalı açıqlamaları isə vəziyyəti daha da kritikləşdirir. Əslində burada daha şəffaf informasiya durumun xeyrinə olardı. Bu gün narahat olan vətəndaşları informasiya qaynağı kimi erməni mənbələri oxumağa həvəsləndirmək əvəzinə Müdafiə nazirliyi baş verənlərlə bağlı dolğun bilgiləri vermək zorundadır. DİA.AZ olaraq bütün şəhidlərimizin ailələrinə başsağlığı veririk, onlara Allahdan rəhmət diləyirik. Təbii ki, biz savaş dövrünü yaşayırıq və itkilərimiz də olmalıdır. Amma kimsə bu dövrdən istifadə edib Azərbaycan oğullarını səbəbsiz və nəticəsiz şəkildə qırğına verə bilməz. BUNUN ADINA CİNAYƏT DEYİLİR və bu cinayətə görə məsuliyyət birbaşa olaraq müdafiə naziri Zakir Həsənovun üzərindədir. Zakir Həsənovun bir savaş naziri olduğuna kimsənin şübhəsi yoxdur. Amma bu savaş mükəmməl qaydada aparılmazsa, oğullarımızı itirəcəyik. Halbuki həmin axıdılan qanlar torpaqlarımızın geri qaytarılmasına XƏRCLƏNƏ BİLƏRDİ və bu gün mövcud olan İCTİMAİ NARAHATÇILIQ da məhz nəticəsizliklərlə bağlıdır. Biz yaxşı başa düşürük ki, Zakir Həsənov nazir təyin olunar-olunmaz ilk addımlarından biri kimi döyüşdə həlak olan əsgərlərimizin dəfninin xüsusi təmtəraqla təşkili ilə bağlı göstəriş verdi. Bu isə artıq döyüşlərin anonsu kimi qəbul edilməli idi. Yəni nazir ilk günündən hansı işə başlayacağını tam olaraq nümayiş etdirmişdi. Bu da təqdirolunasıdır. Çünki Azərbaycan xalqı kabinet generallarından yorulub. Azərbaycan xalqı Qarabağ uğrunda savaşa təşnədir. Amma savaşı bu şəkildə aparmırlar. Ən azından ortadakı situasiya bunu diqtə edir… İzah edin, cənab nazir, izah edin… Geri qayıt |