Əsas Səhifə > Sosial, Güney Press, Manşet > Zığ bələdiyyəsinin möhürü saxta sənədin üzərinə necə düşüb?

Zığ bələdiyyəsinin möhürü saxta sənədin üzərinə necə düşüb?


8-08-2014, 11:11
Zığ bələdiyyəsinin möhürü saxta sənədin üzərinə necə düşüb?
DİA.AZ: - Daha bir vətəndaş başına gələn müsibətlərlə bağlı müraciətini yayıb. DİA.AZ olaraq Mən Nəcmətdinov Mehman Todiş oğlunun yazdıqlarını diqqətinizətəqdim edirik?

“Mən Nəcmətdinov Mehman Todiş oğlu 12 oktyabr 2011-ci ildə Baki şəhəri Ziğ qəsəbəsi Xanlar kücəsi ev 31 də yaşayan Məmmədov Namid Rəhim oğlunun adina Baki şəhər Ziğ Bələdiyyəsi tərəfindən verilmiş 01. 11. 2007 - çi il tarixli 20/1 saylı sərəncama əsasən Bakı şəhəri Zığ qəsəbəsinin şimal-cənub hissəsində yerləşən 300 kv.metr torpağı onun əmisi oğlu Məmmədov Əbülfəzə 5250 (beş min iki yüz əlli) AZN verərək torpağı almışam.

Məmmədov Əbülfəz pulu aldıqdan sonra əmisi oğlu Məmmədov Namidi götürərək mənimlə birlikdə Əhmədli qəsəbəsində yerləşən 18 saylı Notariat kontoruna aparmış və kontorun notariusu Məlikov C.B mənə həmin torpağın üzərində tikinti işləri aparmağa DƏDRXİ-dən ÇIXARIŞI almağı RİH-də, Bələdiyyədə,DTXK-də onu təmsil etməyi sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar bütün tapşırıqları yerinə yetirməyi etibar etmişdir.

Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilməklə 50(əlli) il müddətinə mənə verilmişdir. Həmin etibarnamə 12 oktyabr 2012-ci il tarixdə Reyestr 7E-13-11168 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin etibarnamə kontorun notariusu Məlikov C.B tərəfindən təsdiq edilsə də notarius M.Y tərəfindən imzalanmışdır. (ETİBARNAMƏNİN nömrəsi-AR-I№150713).

İndi məlum olur ki.Bakı şəhər Zığ Bələdiyyəsi tərəfindən verilmiş həmin sərəncam saxtadır. Elə bir sərəncam yoxdur və məni Məmmədov Əbülfəz Bələdiyyə ilə əlbir olub aldadaraq pulumu almışlar. Mən hazırda körpə uşaqlarımla kirayədə yaşayıram. Körpələrimin və ailəmin şəraitinin yaxşılaşdırılmasını nəzərə alıb gecə-gündüz fəhləliklə məşğul olub qazandığım halal pulu əlimdən vermişəm və bugün həmin pulların alınmasıyla bağlı küçələrə düşmüşəm.

Nə mənim pulum qayıdır nə də mənə həmin pulun müqabilində torpaq verilir. Mən xahiş edirəm, bununla bağlı bacardığınız köməyi mənə edəsiniz. Hər halda dövlətin bir bələdiyyəsinin möhürü saxtakarlıqda alət olursa, bu, deməli, cinayətdir”.

Geri qayıt