Əsas Səhifə > Sosial, Manşet > Daha iki bankın fəaliyyətinə qadağa qoyula bilər – Şübhəli çevrələrlə əlaqə mühüm səbəbə çevrilir

Daha iki bankın fəaliyyətinə qadağa qoyula bilər – Şübhəli çevrələrlə əlaqə mühüm səbəbə çevrilir


14-08-2014, 11:11
Daha iki bankın fəaliyyətinə qadağa qoyula bilər – Şübhəli çevrələrlə əlaqə mühüm səbəbə çevrilir
DİA.AZ: - Məlum olduğu kimi, gələn il Azərbaycanda bir sıra istiqamətlərdə islahatların həyata keçirilməsi planlaşdırılır. Bu barədə DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki məlumalı mənbənin bildirdiyinə görə, islahatlar sosial sahələrdə, xüsusən də bank sektorunda daha qabarıq şəkildə özünü nəzərə çarpdıracaq.

Bildirək ki, son zamanlar bankların fırıldaqçı şəbəkələrlə əlaqələri barədə çox ciddi ittihamlar sələnməkdədir. Və bildirilir ki, artıq bu faktların böyük əksəriyyəti dövlətin müvafiq qurumları tərəfindən araşdırmaya götürülüb. Elə buna görə də, irəli düşməyə çalışan və gələcəkdə hədəfə olmadan sığortalanmağa çalışan ayrı-ayrı banklar könüllü qaydada öz əməkdaşları ilə bağlı bu kimi faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdədirlər.

Bu səbəbdən də son günlər bankların fırıldaqçı şəbəkələrlə bağlı açıqlamaları mətbuat səhifələrinə daha intensiv qaydada yol tapır.

Məlumatlı mənbəmiz bildirir ki, bu gün fırıldaqçı şəbəkə ilə əlaqədə ittiham olunan banklardan biri də «Bank of Baku»udur. Qeyd edək ki, bu bankın adı həm də beynəlxalq skandala da səbəb olub. Belə ki, keçən ilin oktyabr ayında məşhur «Vikiliks» təşkilatı tərəfindən açıqlanan ABŞ dövlətinə aid məxfi sənədlərdə də vurğulanırdı ki, «Bank of Baku» İranın xüsusi xidmət orqanlarının nəzarətində olan bir qurumdur və bu bank bir növ «İran Melli Bank»ın kamufulyaj olunmuş versiyasıdır.

Sənəddə iddia olunurdu ki, «Bank of Baku»nun əsas payçılarından olan Oromi qardaşlarının «NAB» şirkəti fars-molla rejiminin xüsusi xidmət orqanları tərəfindən yönəldilir və hər ay Azərbaycana bu yolla «Bank of Baku» vasitəsilə yuyulmsı üçün 5 milyon ABŞ dolları həcmində vəsait ötürülür.

Bir sözlə, artıq «Bank of Baku»nun adı hakimiyyətin qara siyahısına düşüb. Eyni zamanda «XalqBank» və «Royal Bank of Baku»nun da İrana aid təhlükəli iqtisadi çevrələrə bağlı olması da «Vikiliks»in açıqladığı məxfi sənədlərdə qeyd olunmuşdu. Və artıq həmin banklardan biri olan «Royal Bank of Baku» fəaliyyətini dayandırıb. Hər halda, bu qərarın verilməsində, yəni «Royal Bank of Baku»ya qadağanın qoyulmasında həmin xəfiyyə məlumatlarının rol oynadığı danılmazdır.

Bunları xatırladan mənbəmiz bildirir ki, bank sektorunda həyata keçirilməsi nəzərdə tutulan islahatlar zamanı yerdə qalan hər iki bankın fəaliyyətinə yenidən baxıla bilər: «Ola bilsin ki, onların lisenziyası təsdiqlənməsin və onların üçünün bazasında yeni bir bank yaradılsın. Hələlik bu barədə yekun qərar verilməyib. Amma hər iki bankla bağlı ciddi tədbirlərin görüləcəyi şübhəsizdir».


Geri qayıt