Əsas Səhifə > Sosial, Manşet > Mikayıl Cabbarov Gəncənin icra başçısını bitirməyə çalışır - Məktəb direktorları başçıdan donos yazdı

Mikayıl Cabbarov Gəncənin icra başçısını bitirməyə çalışır - Məktəb direktorları başçıdan donos yazdı


15-08-2014, 18:03
Mikayıl Cabbarov Gəncənin icra başçısını bitirməyə çalışır - Məktəb direktorları başçıdan donos yazdı
DİA.AZ: - Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə Təhsil Naziri Mikayıl Cabbarov arasında ciddi problem var. Hər halda, belə olmasaydı, Mikayıl Cabbarov Gəncənin rəhbərinə qarşı kompramat toplamağa girişməzdi. Bu barədə DİA.AZ-a çox ilginc informasiyalar daxil olub.

Belə ki, məlumatlı mənbələrin redaksiyamıza bildirdiyinə görə, birbaşa olaraq təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə təhsil nazirliyinin daxili nəzarət şöbəsinin Qərb bölgəsi üzrə xüsusi nümayəndəsi Ceyhun Mirzə adlı şəxs bu günlərdə Gəncə şəhərində fəaliyyət göstərən bütün məktəb direktorlarından Elmar Vəliyevin əleyhinə ifadələr almağa çalışıb.

Məlumatı verən qaynaq dia-az.life-a açıqlamasında iddia edir ki, Ceyhun Mirzə istəyinə müəyyən qədər nail ola bilib və nəticədə Elmar Vəliyevin əleyhinə ifadə verən, izahat yazan məktəb direktorlarının böyük əksəriyyəti bildiriblər ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı onlara işləməyə imkan vermir.

Mənbənin söylədikləri: «Məktəb direktorlarının izahatlarında qeyd olunur ki, Elmar Vəliyev hər ay onlardan haqq istəyir və işləməklərinə maneçiliklər törədir. Bundan əlavə tədris müəssisələrində çalışanlar, xüsusən də orta məktəb direktorları və müəllim heyəti icra başçısının təzyiqləri ilə onlara aid olmayan işlərə də cəlb olunurlar. Bu kimi faktların qeyd olunduğu izahatlarda Elmar Vəliyevin müəllim heyətinə pulsuz işçi qüvvəsi kimi yanaşdığı xüsusi olaraq vurğulanır və qeyd olunur ki, davamlı şəkildə müəllimlər məcburi iməcliklərə, şəhərin abadlıq işlərinə cəlb olunublar. Hətta bu günlərdə müəllimlərdən dövlət binalarından birinin söküntüsündə də müftə işçi qüvvəsi kimi istifadə olunub».

Mənbə dia-az.life-a bildirir ki, bu kimi faktlar toplandıqdan sonra birbaşa olaraq nazir Mikayıl Cabbarova təqdim olunub: «Bundan sonra da böyük qalmaqal yaranıb. Hələlik vəziyyət kritikliyini qoruyur. Hər halda, Mikayıl Cabbarov səbəbsiz olaraq Elmar Vəliyevdən kompromat toplamağa girişməz. Və bu fəaliyyətində özbaşına hərəkət edə bilməz».

Mənbə iddia edir ki, Elmar Vəliyev bu hadisəyə çox sərt reaksiya verib.

Onu da bildirək ki, Elmar Vəliyevlə Mikayıl Cabbarovun arasındakı ədavətin detalları ilə bağlı da redaksiyamıza ilginc faktlar ötürülüb. Bu barədə yaxın günlərdə şok informasiyaları diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt