Əsas Səhifə > Sosial, Manşet > “Rabitəbank”ın 3 milyon manat müəmması
“Rabitəbank”ın 3 milyon manat müəmması26-08-2014, 10:25 |
2009-cu ilin martında Rabitəbankın Şəki fililaının rəhbəri Namiq adlı şəxs müəmmalı şəkildə intihar edib. Özünü asaraq həyatına qəsd etmiş filial rəhbəri xaraktercə pessimist biri də olmayıb. Hətta o, özünü ölderməmişdən əvvəl uşaqlarını məktəbə yola salıb. Amma… JAM.AZ xəbər verir ki, hadisə baş verən günlərdə Bakıdan gələn yoxlamalar bankda araşdırma aparırmışlar. Elə bu araşdırmanın da qəsdə səbəb ola biləcəyi ehtimal edilirdi. Çünki sonradan külli miqdarda pulun mənimsənilməsi faktı ortaya çıxır. Verilən məlumatda iddia edilir ki, Namiq adlı filial rəhbəri ölümündən əvvəl cibinə səbəbkarın adı yazılmış kağız qoyubmuş. Hətta Baş Prokurorluqdan gəlmiş müstəntiqlər işi təfsilatı ilə yoxladıqda, məhz müəmmalı məbləğ və onun törətdiyi fəsad ortaya çıxır. JAM.AZ-a verilən məlumatda deyilir ki, “Rabitəbank”ın Şəki fililalında aparılan araşdırmalar zamanı məlum olub ki, Namiq adlı bank müdiri 3 milyon manatı başqa məqsədlər üçün xərcləyib. Əslində isə intihar etmiş filial rəhbəri bu pulu özü üçün deyil, tamam başqa adam və maraqlar üçün götürərərk, deyilən adama verilib. Vurğulanır ki, qeyd olunan məbləği alan adı naməlum şəxs işin qarışıq olduğunu görərək, onu geri qaytarmaq istəyir. Sözügedən adamın isə kiçik biri olmadığı iddiası var. Nəhayət, “Rabitəbank”ın Şəki filialında 3 milyon manat müəmması hələ də davam edir. Geri qayıt |