Əsas Səhifə > Sosial, Manşet > İki rayonun icra hakimiyyətinin başçısından şübhələr var

İki rayonun icra hakimiyyətinin başçısından şübhələr var


5-09-2014, 11:36
İki rayonun icra hakimiyyətinin başçısından şübhələr var
Bir müddət öncə Sabirabad və Neftçala rayonlarında ünvanlı sosial yardımların verilməsində ciddi qanun pozuntularının olması və vətəndaşlara qarşı təziqlərin baş verməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, sözügedən rayonlarda dövlət büdcəsindən aztəminatlı ailələrə verilməsi nəzərdə tutulan ünvanlı sosial yardımlar bir neçə vəzifəli şəxslər tərəfindən mənimsənilir.

DİA.AZ-a daxil olan son məlumatlara görə, Sabirabad və Neftçala rayonlarında maliyyə nazirliyi tərəfindən yoxlamalara start verilib. Bu barədə danışan məlumatlı mənbə bildirir ki, məsələ təkcə ünvanlı sosial yardımların verilməsində yaşanılan nöqsanlar deyil. Eyni zamanda hər iki rayonda dövlət büdcəsindən ayrılan vəsaitlərin hesablanması zamanı yol verilən qanunsuzluqlardır.

Məlumatı verən qaynaq iddia edir ki, hər iki rayonun maliyyə idarələrinin rəislərindən artıq büdcə vəsaitlərinin xərclənməsilə bağlı izahatlar alınıb: «Lakin hər kəs yaxşı bilir ki, maliyyə idarələrinin müdirləri icra başçısının icazəsi olmadan rayona ayrılan bir qəpiklə bağlı da müstəqil qərar verə bilməzlər. Yəni iş gedib başçılara çıxır».

Artıq konkrekt olaraq Sabirabadın icra başçısına qarşı ciddi dəlillərin əldə edildiyini bildirən mənbə Neftçalanın rəhbərinə qarşı da anoloji faktların əldə olunacağını istisna etmədi.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt