Əsas Səhifə > Sosial, Güney Press, Manşet > “Lotu” Bəxtiyardan Elman Qəmbərova qalan “imperiya”

“Lotu” Bəxtiyardan Elman Qəmbərova qalan “imperiya”


6-09-2014, 13:35
“Lotu” Bəxtiyardan Elman Qəmbərova qalan “imperiya”
Redaksiyamıza İST şirkəti ilə bağlı maraqlı məlumatlar daxil olub. Şirkətin yaranması və böyüməsi tarixindən bəhs olunan məlumatlarda bir sıra ilginc detalların varlığını nəzərə alıb, onları oxucularımızla bölüşmək qərarına gəldik.
Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) daxil olan bilgilər şirkətin yaranmasına aparan yoldan başlayır.
…1990-cı illərin əvvələrində “Azəravtonəqliyyat” Nazirliyinin ərazisində yanacaqdoldurma məntəqəsi yaradılır. Yarandığı zaman həmin yanacaqdoldurma məntəqəsini mərhum kriminal avtoritet “Lotu” Bəxtiyarın adı ilə bağlasalar da, əslində oranın şəriklərindən biri də keçmiş xüsusi idarənin rəisi Elman Qəmbərov olub.
“Lotu” Bəxtiyar o zamanlar şirkətə ad seçərkən simvolik olaraq, İST – İlqar, Seymur, Teymur adlarının baş hərflərindən yararlanmışdı. Məqsədi sə o idi ki, Bəxtiyarın adı İST-in üzərində olmasın.
Bəxtiyarın həbsxanada vəfatından sonra isə şirkətdə bir sıra maraqlı məqamlar yaşanıb.İST-in ortaqlarından olan Teymur ağıllı davranaraq, Bəxtiyarın ölümündən dərhal sonra özlərinə yeni “krışa” tapmağa qərar verdi. Məmur dəstəyi olmadan işlərini davam etdirə bilməyəcəklərini anlayan Teymur çıxış yolları axtarırdı.
Bu arada isə İST ortaqları Ələt qəsəbəsində naxçıvanlı iş adamları ilə birlikdə şərikli yanacaqdoldurma məntəqəsi açmışdılar. Ancaq burada işlər istədikləri kimi getmirdi.
Naxçıvanlı biznesmenlar isə bu vəziyyətdən narazı idilər. Bundan qorxuya düşən İST ortaqları, hətta gecələri belə, yanacaqdoldurma məntəqəsində qalır, “Papanin”dəki dostlarından yardım alaraq, obyektlərini naxçıvanl iş adamlarından qorumağa çalışırdılar.Teymur isə məmur ortaq axtarışına davam edirdi.
Və nəhayət, o zamanlar Elman Qəmbərovun idarəsində xidmət edən Seymur-Teymur qardaşlarının kürəkənləri onları E.Qəmbərovla tanış edir. Bununla da, naxçıvanlı iş adamları tərəfindən İST-ə olan təzyiq azalır. İş adamları Teymurun yeni məmur ortağından çəkinərək, geri çəkilirlər.
Qeyd edək ki, həmin illərdə Elman Qəmbərovun qılıncının dalı da kəsirdi, qabağı da. O, vəzifədən olduğu müddət ərzində İST şirkətinə ciddi şəkildə himayədarlıq edir, şirkətə və onun işlərinə zərər gəlməsinə imkan vermirdi. Bu barədə bizə bir maraqlı əhvalat nəql edən şəxsin sözlərinə görə, bir dəfə “Proqram” ləqəbli Namiq Orucov adlı şəxs içkili vəziyyətdə İST yanacaqdoldurma məntəqəsinə gəlir və “Mercedes”markalı maşınına benzin doldurmaq istəyir. Polis mayoru olan N.Orucov cavanlıqda musiqiçi olub.İçkili vəziyyətdə olan N.Orucov növbətçi rəisə xoş gəlməyib və ona deyib ki, özünü mayor kimi təqdim eləməsin, onun cavanlığı manıs olub.
Bu sözdən sonra isə İST-də ciddi dava yaşanıb. Obyektin xeyli şüşəsi sındırılıb. N.Orucov isə İST işçiləri tərəfindən əməllicə döyülüb. Deyilənə görə, hadisədən sonra idarə rəisi Elman Qəmbərov da N.Orucova xəbərdarlıq edir.
Qeyd edək ki, hazırda İST şirkətinin bir neçə yerdə məntəqələri var. Bu gün şirkətin Bakıda Zooparkın yanında, Xətai rayonunun Əhmədli qəsəbəsində və digər bir sıra yerlərdə məntəqələri fəaliyyət göstərir.
Onu da bildirək ki, hazırda təqaüddə olan E.Qəmbərov “550” nömrəli maşını ilə İST-in obyektlərini gəzir. Şəhərdəki “550” nömrələrinin demək olar ki, hamısı İST şirkətinin rəhbərləri, Seymur-Teymur qardaşlarınındır. “TT”, “LL”, “MM”, “BB” “550” və s.

Nəzərə çatdıraq ki, E.Qəmbərovun biznesi təkcə yanacaqdoldurma məntəqələri ilə yekunlaşmır. Axırıncı iş yeri Müdafiə Nazirliyində məsləhətçi olan E.Qəmbərov MN-nin ət məhsullarının tenderlərini keçirmiş, şirkətlərə vasitəçilik eləmişdi. Ancaq Hindistandan gətirilən Zibo ətlərinin MN-ə tenderlə verilməsinə şərait yaratdıqdan sonra onu cəzalandırdılar. Xatırladaq ki, Zibo camışın bir növüdür. Həmin heyvanlardan 1941-1945-ci illərdə Stalinin tapşırığı ilə Hindistandan gətirilib, Rusiyanın müəyyən vilayətlərində saxlayırdılar və müharibədə ağır yaralanan xəstələrə yedirdirdilər ki, onların yaraları tez sağalsın.
Azərbaycanda da mərhum prezident Heydər Əliyevin əmri ilə cənub zonasında Zibo sortu camış saxlayırdılar ki, gələcəkdə ermənilərlə müharibə olacağı təqdirdə, döyüşdə yaralanan əsgərlərimizə o ətdən yedirtsinlər.
Ancaq məsələ burdadı ki, E.Qəmbərov Zibo camışlarının ətlərini dondurulmuş vəziyyətdə Hindistandan İran-Azərbaycan sərhəddinə gətirənə qədər, o illər müdafiə naziri Səfər Əbiyev səlahiyyətli orqanlara gətirilən ətin Zibo yox, Zebra əti olduğunu bildirir.Beləliklə də, Zibo ətləri Azərbaycana gəlib çıxmır.
Bu prosesin ardından isə E.Qəmbərov istefa verərək, təqaüdə çıxır.
Mövzunu davam etdirəcəyik.
Yazıda adı çəkilən tərəflərin də fikirlərini yayımlamağa hazırıq.

Geri qayıt