Əsas Səhifə > Sosial, Manşet > Mikayıl Cabbarov Misir Mərdanovdan qalma «pul tələsi»ndən niyə vaz keçə bilmir?
Mikayıl Cabbarov Misir Mərdanovdan qalma «pul tələsi»ndən niyə vaz keçə bilmir?17-09-2014, 10:35 |
DİA.AZ: - Yeni dərs ili başlayar-başlamaz valideynlərin də qayğıları birə min artıb. Məktəbə tədarük xərcləri təbiidir. Yəni məktəbli forması, dəftər-qələm, çanta və s. Yəni valideynlər bunları almalıdırlar ki, övladları savadlana bilsinlər. Amma görünəni odur ki, onların övladlarını dərsə yollamaları üçün ayırdıqları vəsait tək bununla bitmir. Əsl həngamə övladlarını savad dalınca yolladıqları məktəblərdə başlayır. Təbii ki, DİA.AZ olaraq toxunduğumuz mövzu yeni deyil və hər kəsə tanışdır. Yəni hər kəs yaxşı bilir ki, möhtərəm Misir Mərdanov cənablarının dönəmindən Azərbaycan məktəbləri əsl alverxanaya çevrilib. Mikayıl Cabbarov təhsil naziri təyin olunanda isə ümid olundu ki, yeni nazir tədbir görəcək. Misir Mərdanovun «pul tələlərini» ləğv edəcək. Amma ümidlər özünü doğrultmadı. Yalnız fondpulunu qadağan etdiyini deyən və əslində bu qadağanın icrasına zərrə qədərində belə maraq göstərməyən Mikayıl Cabbarov təhsil sistemindəki dərslik biznesinə də təsir göstərə bilmədi. Görünəni odur ki, «təsir göstərə bilmədi» yox, məqsədli olaraq təsir göstərmədi. Açıq şəkildə anlaşılır ki, Mikayıl Cabbarov bu biznesdən gələn böyük gəlirlərə tam olaraq şərikdir. Valideynlərin isə ən ağrılı yerlərindən biri orta mətəblərdə onlara məcburi qaydada aldırılan İŞ DƏFTƏRLƏRİDİR… DİA.AZ bildirir ki, bu iş dəftərlərinin sovet dönəmlərində anoloqu olmadığından köhnə kişilərə tanış deyil… Bir növ könlərin «sinifdən xaric oxu» ədəbiyyatlarına, ayrıca olaraq məktəblilərə məsləhət görülən (MƏSLƏHƏT, MƏCBURİYYƏT YOX!!! - red.) «Matematika v şkole» jurnalına bənzəyən, amma həmin tərdis vasitələrindən keyfiyyətcə və mahiyyətcə qat-qat aşağı olan bu İŞ DƏFTƏRLƏRİNİN guya ki, şagirdlərə satılması təhsil nazirliyi tərəfindən də məqbul hesab olunmur. Elə bu tədris ilinin əvvəlində də təhsil nazirliyi belə bir açıqlamada bulundu ki, valideynlərin iş dəftərlərini alması vacib deyil. Bəli, məhz VACİB DEYİL kəlməsini işlətdilər. Bu isə o deməkdir ki, VACİBDİR!!! Mikayıl Cabbarovun nazirliyi Misir Mərdanovun nazir dönəminin bu «pul tələsinin» girovu olduğunu məlum problemə baxışında da ortaya qoymuş oldu. Çünki iş dəftərləri onsuz da maddi rifah halı problemli olan əksər valideynlərimiz üçün ciddi PROBLEM təşkil etməkdədir. Diqqət yetirin. Bir şagirdə məsləhət görülən iş dəftərlərinin tamamının alınması üçün 50-60 manat pul lazımdır. İki uşağı məktəbə gedən ailə qeyd olunan məbləğin iki qatını ödəmək zorundadır. Gələk İŞ DƏFTƏRLƏRİNİN özünə… onlara nəzər yetirdikdə də görünür ki, biri ən yaxşı halda 10 manata satılan bu iş dəftərlərinin nəşri «SİRLİ NAŞİR» üçün 1 manatdan artığa başa gəlməyib. Amma 10 qat bahasına satışa çıxarılır. Böyük tirajla çap olunan bu iş dəftərlərinin daha ucuza mail olduğu da şübhəsizdir. Deməli, ortada böyük gəlir götürənlər var və məhz onların səbəbindən təhsil nazirliyinin yeniləşən işbaz şəbəkəsi bu qazanc ünvanından vaz keçə bilmir. Əvəzində şagirdlər heç nə qazanmır, valideynlər isə itirir… MADDİ BAXIMDAN… Bunun isə ciddi bir problem olduğunu yəqin ki, təhsilə nəzarət edən dövlət qurumları da görürlər. Ola bilsin ki, möhtərəm Mikayıl müəllim pul qazanmaq eşqindədir. Amma lütfən, cənab nazir, pulu şagirdlərin göz yaşları ilə qazanmayın… Nazim - DİA.AZ Geri qayıt |