Əsas Səhifə > Sosial, Manşet > Fars-molla rejimi indi də Sabir Rüstəmxanlının təşkilatını hədəfə alıb
Fars-molla rejimi indi də Sabir Rüstəmxanlının təşkilatını hədəfə alıb25-09-2014, 11:00 |
DİA.AZ: - Son zamanlar rəsmi Bakıya qarşı əks-təbliğat kampaniyasını dayandıran ənənəvi söyüş ruporu kimi tanıdığımız İran mediasının əsas hədəfinə indi də Dünya Azərbaycanlıları Konqresi şevrilib. DİA.AZ bildirir ki, artıq bir aya yaxındır ki, fars-molla rejiminin mətbuatında DAK-ın ünvanına müxtəlif təhqirlər yağdırılmaqdadır. Belə bir təhqirə yenə də imza atılıb. DİA.AZ olaraq “AranNews” portalında yer almış informasiyanı təqdim edirik: “Təbriz Universitetinin Azərbaycanşünaslıq Müəssisəsinin sədri və bu yaxınlarda Təbriz Universiteti tərəfindən Bakıya səfər etmiş iranlı heyətin başçısı doktor Əhməd Fərşbafiyan jurnalistlərə verdiyi müsahibəsində DAK-ın Bakıdakı anti-İran konfransına işarə edərək ifratçı və ekstremist fikirli adamlar vasitəsilə bəzi vaxtlar İran İslam Respublikasının mənafeinin əleyhinə təşkil edilən dırnaqarası DAK-ın iclaslarını getdikcə Azərbaycan Respublikasının maraqlarını təhdid edən və onu təcridən çəkən bir hərəkət adlandırıb. O vurğulayıb: "Bu konqersin təşkili və eyni zamanda qəssab İsrail rejiminin hərb nazirinin bu ölkəyə yarı məxfi səfəri bu konqersi təşkilatlandıran pərdəarxası ünsürləri aşkara çıxarır. Lakin Təbriz Universiteti tərəfindən Azərbaycana etdiyimiz son səfərdə bu ölkə cəmiyyətinin istər universitet adamları, ziyalıları, təhqiqatçıları olsun, istərsə də digər azad fikirli şəxsiyyətlərinin sionistlərin ölkələrinə ayaq açmalarına, qərbyönümlü radikalların meydanı ələ almalarına müxalif olduqlarını bildirdiklərinin şahidi olduq. Ona görə də bu agah, ziyalı və mütəfəkkir təbəqədən gözlənilən budur ki, həm ölkə xalqını, həm də dövlət məsullarını bu ekstremist qrupların təhlükəsindən agah etsinlər". Doktor Fərşbafiyan artırıb: "Bir tərəfdən Azərbaycan alim və ziyalılarının İran ölkəsinin universitetləri və təhqiqat mərkəzləri ilə daha artıq qarşılıqlı münasibətlərə meylinin, digər tərəfdən də ölkə daxilində nadan və ekstremis adamlar tərəfindən regionda güclü bir ölkə sayılan İran İslam Respublikasının maraqlarına tənə vurulmasına şahid ola bilmərik". Təbriz Universitetinin Azərbaycanşünaslıq Müəssisəsinin sədri sonda deyib: "İcazə verin sözümü Azərbaycanın Təbrizdəki konsuluna yönəldim. Cənab Əlizadə Təbriz Universiteti tərəfindən nümayəndə heyətinin Bakıya getməsi ilə əlaqədar olaraq onlardan bəziləri ilə görüşərək, daha çox qarşılıqlı anlaşmanın lüzumunu, elmi anlaşmanın sayəsində iki ölkənin tarixi və mədəni ortaqlıqlarının daha da möhkəmlənməsi istiqamətində Təbriz Universiteti və İranın təhqiqat mərkəzləri ilə daha artıq tanış olmağa marağını bildirdi. Ona xatırlatmaq lazımdır ki, ilk addımda öz ölkələnizdə hər cür ekstremizmdən uzaq olmalı, şər fikirli insanların qarşısını almalısınız ki, qondarma "Dünya Azərbaycanlılarının Konqersi" kimi nadancasına rəftar edənlər münasibətlərə zərər gətirməsin, müsəlmanların bir-birinə gözəl münasibətlərindən acıqlanmış Amerika və İsrail bir daha ekstremistlərin nadanlıq dalğasına minə bilməsin". Qeyd edək ki, dırnaq arası DAK-ın anti-İran iclası sentyabrın 8-də Bakıda keçirildi və bu iclasda İran İslam Respublikasının dövlət quruluşuna hörmətsizlik olundu”. Geri qayıt |