Əsas Səhifə > Sosial, Manşet > ŞOK: Azərbaycan gəncləri Qarabağda partizan savaşı aparmağa hazır olduqlarını bəyan etdilər
ŞOK: Azərbaycan gəncləri Qarabağda partizan savaşı aparmağa hazır olduqlarını bəyan etdilər26-09-2014, 10:58 |
DİA.AZ: - Redaksiyamıza bir qrup gəncin imzası ilə müraciət daxil olub. Bakıdakı ayrı-ayrı ali məktəblərdə təhsil alan və müxtəlif yerlərdə çalışan 30-a yaxın gənc ölkə prezidenti, ali baş komandan İlham Əliyevə çox həssas bir mövzuda müraciət ünvanlayıblar. Müraciətin DİA.AZ-a daxil olan mətnində deyilir: «Cənab Prezident! Cənab Ali Baş Komandan! Bu gün biz Azərbaycan gəncləri Qarabağ probleminin həlli ilə bağlı Sizin tutduğunuz siyasəti bütün varlığımızla dəstəkləyirik. Və yaxşı anlayırıq ki, əgər əlinizə fürsət düşəcəksə, bu millətin kişilərinin şərəf borcu olan Qarabağın azadlığa qovuşması üçün ən çətin qərarları verməyə belə hazırsınız. Biz bu gün Azərbaycanın açıq hərbi əməliyyatlara - Müharibəyə nədən başlaya bilməməsinin səbəblərini də dərk edirik. Buna görə də Sizə müraciət etmək qərarına gəldik. Cənab Ali Baş Komandan! Bu gün Azərbaycanda bəlkə də minlərlə gənc var ki, Qarabağın azadlığı naminə partizan savaşına belə hazırdır. Sizə müraciət edirik. Sizdən xahiş edirik. Biz gənclərin bu müqəddəs iş üçün səfərbər olunmasına köməklik edəsiniz. Biz Sizin rəhbərliyiniz altında Anamız Azərbaycan uğrunda canımızı fəda etməyə hazırıq». DİA.AZ bildirir ki, müraciəti Anar Fərzəliyev, Zaur Həsənov, Natiq Həşimov, Azər Həsənov və daha 23 gənc imzalayıb. Geri qayıt |