Əsas Səhifə > Sosial, Manşet > İcra başçıları bu ilin yekun maliyyə hesabatlarına necə hazırlaşırlar – Dövlət müdaxiləsi var

İcra başçıları bu ilin yekun maliyyə hesabatlarına necə hazırlaşırlar – Dövlət müdaxiləsi var


3-10-2014, 14:28
İcra başçıları bu ilin yekun maliyyə hesabatlarına necə hazırlaşırlar – Dövlət müdaxiləsi var
DİA.AZ: - Hesablama Palatasının bir sıra dövlət qurumlarını təftiş edəcəyi haqda xəbərlər bu günlərdə yayıldı. Anlaşılanı o idi ki, HP-nin hədəfində həm də yerli icra strukturları var. Bildirək ki, bəzi icra hakimiyyəti başçılarının son altı ayın yekunları ilə bağlı maliyyə hesabatlarında ciddi problem yaşadıqları da məlum olmuşdu. Onu da bildirək ki, bu ilin yekunları ilə bağlı hazırlanması nəzərdə tutulan hesabatlara da bu qərarın – təftiş qərarının təsiri olacaq...

Bununla bağlı DİA.AZ-ın əldə etdiyi son bilgilərdən aydın olur ki, Hesablama Palatası məhz bu üzdən bir neçə rayonun icra hakimiyyətində yoxlamalar aparacaq. Yoxlamaların gələn aydan başlayacağını bildirən mötəbər mənbə iddia edir ki, təftişin yekunlarına uyğun olaraq qərar veriləcək:

«Ola bilsin ki, hansısa icra başçısı məhz bu qərara uyğun olaraq vəzifəsindən azad edilsin. Çünki məsələ ciddidir. Artıq iki rayonun icra başçısının durumunun kifayət qədər gərgin məcrada olduğu aydın olur. Hətta onlar vəzifələrindən alınsalar belə, qeyd olunan təftiş nəticəsində əldə edilən faktlar əsasında cavab verməli olacaqlar. Hələlik yetərincə qaranlıq məqamlar var».

Onu da bildirək ki, durumu gərgin olanlar sırasında, yəni Hesablama Palatasının yoxlama hədəfi olan icra hakimiyyətləri sırasında bu rayonlar yer alıb: Qazax, Şamaxı, Göyçay, Ucar, Ağsu, Şənkir, Gədəbəy, Goranboy və Siyəzən rayonları…

Geri qayıt