Əsas Səhifə > Sosial, Manşet > Prezidentin qərarları Nəsimi rayonuna nədən yetişmir? - 35 yaşlı lifi nə təmir edən var, nə də yenisi ilə əvəz edən

Prezidentin qərarları Nəsimi rayonuna nədən yetişmir? - 35 yaşlı lifi nə təmir edən var, nə də yenisi ilə əvəz edən


13-10-2014, 10:37
Prezidentin qərarları Nəsimi rayonuna nədən yetişmir? - 35 yaşlı lifi nə  təmir edən var, nə də  yenisi ilə əvəz edən
DİA.AZ: - Azərbaycan Prezidenti İlham Əliyev Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında 2013 – cü ilin aprelin ayında liftlərin təmirinə 7 milyon manat vəasit ayrılması barədə sərəncam imzalayıb.

Bu günlərdə yolumuz Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 1D nömrəli binaya düşmüşdü. 8 – ci mərtəbəyə getmək istəyirdik. Liftə yaxınlaşıb düyməni basdıq, lakin lift işləmədi. Xeyli gözlədik, fikirləşdik ki, bəlkə müvəqqəti dayanıb. Sonra yaşlı bir qadın bizə yaxınlaşıb dedi ki, nahaq yerə gözləyirsiniz. Lift işləmir. Bu gün 7 – ci gündür ki, liftimiz işləmir. Özümüz pul yığıb usta tapsaq və usta da liftin xarab olan hissələrini tapa bilsə, lift işləyəcək. Əgər xarab olan hissə tapılmasa, liftə baxa – baxa qalacağıq. Ayda bir neçə dəfə belə hadisə ilə qarşılaşırıq.

DİA.AZ bildirir ki, bu liftin düz 35 yaşı var. Son 20 ildə isə sakinlər lifti öz vəsaitləri hesabına təmir etdirirlər. Lift sovet dövründən qaldığına görə onun hissələrini tapmaq olmur. İndi belə liftləri işlədən kimdir ki, ehtiyat hissələri də tapılsın. Binada lift işləyəndə adama elə gəlir ki, yaxınlarda traktor işləyir. Çünki o qədər güçlü nərilti – gurultu ilə işləyir ki, sanki binanın içərisinə traktor girib. Bu binada əsasən hərbçilər yaşayırlar. Hərbi sahə isə bu gün bizim ölkəmiz üçün ən önəmli və strateji əhəmiyyət kəsb edir. Əgər qəflətən hərbçilərdən kimsə hər hansı bir sahəyə çağrılsa, onun mənzil başına vaxtında çatması mümkün olmayacaq. Çünki ya lift işləməyəcək, ya da hərbçi iftdə qalacaq.

Təbii ki, bu binanın liftinin təmiri və ya yenisi ilə əvəzlənməsi barədə saysız – hesabsız müraciətlər olunub. Cavabında isə yeni liftin quraşdırılması ilə əlaqədar vəsaitin olmamsı bildirilib. Bu yerdə Azərbaycan Prezidenti cənb İlham Əliyevin 2013 – cü il 3 aprel tarixli sərəncamını diqqətə çatdırmaq istərdik.

Sərəncamda bildirilir ki, son illərdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, o cümlədən binaların böyük əksəriyyətinin dam örtüklərinin dəyişdirilməsi, içməli su, kanalizasiya və istilik sistemlərinin, lift təsərrüfatının yenidən qurulması sahəsində ciddi addımlar atılıb.

Bununla belə çoxmənzilli binalarının lift təsərrüfatının mövcud vəziyyəti bu sahədə həyata keçirilən tədbirlərin daha da sürətləndirilməsini tələb edir.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq, Bakı Gəncə və Sumqayıt şəhərlərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız liftlərin yeniləri ilə əvəz edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 7,0 (yeddi) milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Göründüyü kimi, Bakı şəhərində liftlərin təmiri və yenisi ilə əvəz olunması ilə əlaqədar kifayət qədər vəsait ayrılıb. Bəs bu vəsait hesabına hansı liftlər dəyişdirilib? Necə olub ki, şəhərin mərkəzində, Akademik Həsən Əliyev küçəsində 1D nömrəli binanın (keçmiş İnqilab) 35 yaşlı liftini görən olmayıb? Bəlkə gözləyirlər ki, kimsə liftdə qalıb dünyasını dəyişsin, ondan sonra 35 yaşlı lifti də dəyişmək yada düşsün.

Indi binanın sakinləri cənab Prezidentin liftlərin təmiri və dəyişdirilməsi üçün ayırdığı vəsaitdən onların nə vaxt yararlanacağı günü səbrsizliklə gözləyirlər.

Elman Səmədov – DİA.AZ

Geri qayıt