Əsas Səhifə > Sosial, Manşet > Bakıda məmurların belə mülkiyyət hüquqlarını pozan tikinti şirkəti var imiş

Bakıda məmurların belə mülkiyyət hüquqlarını pozan tikinti şirkəti var imiş


17-10-2014, 10:06
Bakıda məmurların belə mülkiyyət hüquqlarını pozan tikinti şirkəti var imiş
DİA.AZ: - Daha bir tikinti firmasına qarşı ittihamlar var. Bu barədə DİA.AZ-ın elektron ünvanına göndərilən şikayət məktubundan anlaşılır. Redaksiyamıza yazan bir narazı Bakı sakini iddia edir ki, “İdeal” MTK tərəfindən aldadılıb. O bildirir ki, şirkətlə bağlı hansı ünvana şikayət etsə də, xeyri olmayıb.

Narazı vətəndaşın sözlərinə görə, adıçəkilən tikinti şirkəti ekoloji qanunvericiliyin tələblərinə riayət etmir, paytaxtın bir sıra ərazilərində MTK tərəfindən aparılan tikinti zamanı ekoloji normativlərin tələblərinə əməl olunmur: “"İdeal" MTK rəhbərliyi vətəndaşların mülkiyyət hüquqlarını kobud surətdə pozur və tikinti apardığı ərazinin yaxınlığında xırda bizneslə məşğul olan şəxslərin obyektlərini hasara alaraq qeyri-qanuni mənimsəmələrə yol verir.

“İdeal” MTK hətta müvafiq dövlət qurumlarından izacə sənədi almadan belə qanunsuz tikinti işləri aparır. Yeri gəlmişkən bu məqam KİV-də yayılan məlumatlarda da öz əksini yetərincə tapır.

Bu tikinti şirkəti ölkə qanunlarını və bu qanunlarla hüquqları qorunan payçılara çox ciddi problemlər yaratmaqla ad qazanıb. Təkcə son iki il ərzində “İdeal” MTK tərəfindən bəzi xoşagəlməz hallar, xüsusən də payçıların aldadılması, vətəndaşların pulunun ələ keçirilməsilə tikilən mənzillərin bir neçə adama satılması və s. kimi onlarla qanunazidd hərəkətlər baş verib”.

Onu da bildirək ki, narazı vətəndaş məlum səbəblərdən adının açıqlanmamasını xahiş edir: “Mənim bu şirkətə ödədiyim pulum bata bilər. Buna görə, üzürlü sayın, kimliyimi və problemimin detallarını yaza bilmirəm. Çünki bu adamlar hətta vəzifə başında olan məmurların belə pulunu rahatlıqla mənimsəyirlər. Mən kiməm ki?”..

İddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt