Əsas Səhifə > Sosial, Manşet > Şabranın icra başçısının da mövqeləri xeyli zəifləyib
Şabranın icra başçısının da mövqeləri xeyli zəifləyib16-11-2018, 10:03 |
Son zamanlar Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və onun komandasında təmsil olunan şəxslər barəsində, daha doğrusu, onların yol verdikləri nöqsanlar və əhalinin kəskin narazılığına səbəb olan əməllərilə bağlı şabranlılar tərəfindən şikayət xarakterli müraciətlər daxil olmaqdadır. Rayon sakinlərini heyrətləndirən odur ki, bu qədər şikayət və müraciətlərə baxmayaraq, hələ də heç bir qurum Novruz Novruzovun əməllərinə müvafiq qiymətin verilməsini təmin etməyib. Lakin DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, əslən Lerik rayonu Zövnə kəndindən olan Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun məsələsi artıq yuxarıların diqqət mərkəzindədir. Deyilənlərə görə, rayon sakinləri tərəfindən indiyədək icra başçısı ilə bağlı müxtəlif dövlət qurumlarına, ayrı-ayrı təşkilatlara çoxsaylı şikayətlər göndərilib. Odur ki, hazırda yuxarı dairələrdə Şabran Rayon İcra Hakimiyyətinin başçısının tutduğu postdan kənarlaşdırılması ilə bağlı ciddi müzakirələr gedir. Şabran camaatının icra başçısının əməllərindən təngə gəldiyini deyən məlumatlı şəxs də bu faktı təsdiqləməklə yanaşı, dia-az.life-a açıqlamasında bildirib ki, əhali şikayətlərinə etinasız münasibətdən, üzləşdikləri sosial ədalətsizlikdən, kimsənin problemlərilə maraqlanmamasından bezdikləri üçün yaxın günlərdə böyük etiraz aksiyası keçirməyi planlaşdırırlar: "Şabran Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinlərinin sanki canını boğazına yığıb, onları təngə gətirib. Odur ki, şabranlılar yaxın vaxtlarda ölkə başçısına müraciət etməyi planlaşdırırlar. Bunun sonda nə ilə nəticələnəcəyini isə indidən demək çətindir. Hər halda icra başçısı bunu nəzərə almalı və əhalinin şikayətlərinə qulaq verməlidir". Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |