Əsas Səhifə > Sosial, Manşet > Kobanidə üz-üzə dayanan hər iki səngərdə Azərbaycan vətəndaşları yer alıbmış
Kobanidə üz-üzə dayanan hər iki səngərdə Azərbaycan vətəndaşları yer alıbmış28-10-2014, 11:22 |
Məlum olduğu kimi, İraq və Suriyanın əraziləri hesabına özlərinə yeni dövlət qurmaq istəyən «İraq Şam İslam Dövləti» (İŞİD) adlı terror təşkilatının hazırda əsas hədəfi Türkiyə ilə sərhəddə tam nəzarəti ələ almaqdır. JAM.AZ xəbər verir ki, bu ərazilərdəki əsas strateji məntəqə olan Kobaninin ələ keçirilməsi isə «həlqənin bağlanması» anlamına gəlir. Qeyd edək ki, İŞİD bir aya yaxındır sözügedən şəhəri mühasirəyə alaraq, oranı ələ keçirməyə çalışır. Əksər qüvvəsini cəlb etdiyi Kobani döyüşləri isə küçələrdə davam edir. Burada qərarlaşmış PKK, PYD kürd təşkilatları maksimal səviyyədə İŞİD-ə müqavimət göstərməyə çalışırlar. Yaxın günlərdə isə Türkiyənin verəcəyi icazə ilə Şimali İraq Muxtariyyətinin silahlı qüvvələri olan Peşmərgənin də Kobaniyə dəstək üçün gedəcəyi gözlənilir və bu məsələ razılaşdırılıb. JAM.AZ bu əsnada olduqca sensasiyalı bir məlumat daha əldə edib. Həmin məlumata görə, Kobanidə gedən döyüşlərdə kürdlərə dəstək vermək üçün Azərbaycandan da bu şəhərə yardıma gedənlər var. Məlumatda iddia olunur ki, Azərbaycan doğumlu 10-a yaxın kürd öz soydaşlarına kömək üçün Suriya sərhəddinə, oradan da məlum şəhərə üz tutublar. Və Kobanidə gedən döyüşlərdə aktiv iştirak edirlər. Bildirək ki, Azərbaycanda yaşayan kürdlərin sayı elə də çox deyil. Onlar Qarabağ savaşında, habelə Azərbaycanın müstəqillik əldə etməsində də iştirak ediblər. Amma maraqlı olan hal odur ki, indiyə qədər qulaqlarımız əsasən vəhabilərin İŞİD-ə dəstək üçün Suriyaya getdiyi xəbərlərə adət edib. Bunun fonunda kürdlərin Kobaniyə dəstək üçün getməsi sözün həqiqi mənasında sensasiya doğurur. Məsələni dəqiqləşdirməyə çalışacağıq. Geri qayıt |