Əsas Səhifə > Sosial, Manşet > İŞİD-in ünlü simalarından biri əslən Sumqayıtdan olan azərbaycanlıdır

İŞİD-in ünlü simalarından biri əslən Sumqayıtdan olan azərbaycanlıdır


7-11-2014, 10:40
İŞİD-in ünlü simalarından biri əslən Sumqayıtdan olan azərbaycanlıdır
DİA.AZ: - Bu arada yayılan məlumatlardan aydın oldu ki, Suriya və İraqda böyük ərazilər ələ keçirmiş “İŞİD” terror qruplaşmasının 200 nəfərədək üzvü olan bölməsinin Fransanın paytaxtı Parisdə fəaliyyət göstərməsi ilə bağlı İraqın daxili işlər nazirinin müavini Adnan əl Əsəd sensassion açıqlama verdi.

“İnterpol”un Baş Assambleyasının Monakoda keçirilmiş iclasında çıxış edən nazir müavinin sözlərinə görə, qeyd olunan qruplaşmanı İraq və Fransa kəşfiyyatı aşkarlayıb. Hazırda onların gizli müşahidəsi aparılır. “Bölmənin üzvlərinin sayı artıq 200-ü keçib”, - deyə əl Əsədi bildirib.

Onun sözlərinə görə, İraq və Fransa kəşfiyyatı qurumları bir həftə əvvəl məxfi əməliyyat keçiriblər. Lakin məmur təfərrüatları açıqlamaqdan imtina edib. Aşkarlanmış qrupun üzvlərinin milliyyəti məlum deyil. Həmçinin saxlanılanların olub-olmaması barədə də heç bir məlumat yoxdur.

Onu da bildirək ki, bu arada DİA.AZ-a da maraqlı bir informasiya daxil olub. Xatırladaq ki, hələ bir neçə ay əvvəl yerli KİV-lərdə Azrbaycan və Türkiyə vətəndaşlarının İŞİD sıralarında kifayət qədər ciddi sayla təmsil olunmaları haqda informasiyalar yayılmışdı və hətta qeyd olunurdu ki, Almaniyada yerləşən xüsusi qərargah var ki, həmin qərargaha Türkiyə və Azərbaycandan olan vəhabilər rəhbərlik edir.

DİA.AZ-ın elektron poçtuna göndərilən məlumatda isə bildirilir ki, İŞİD-in Almaniya bürosunu yönəldənlərdən biri əslən Sumqayıt şəhərindən olan bir azərbaycanlıdır. Mənbə onun kimliy ilə bağlı dəqiq bilgi verməsə də, bildirdi ki, artıq həmin şəxs Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən bir dəfə həbs olunsa da, sonradan sərbəst buraxılıb.

Onu da bildirək ki, Fransa, bir çox Avropa ölkələri, ABŞ-la yanaşı Almaniyanın da adı İŞİD-ə dəstək verənlər sırasında hallandırılır. Elə buna görə də alman polisinin azərbaycanlı vəhabini sonradan sərbəst buraxmasına da heyrətlənməyə lüzum qalmır.

Xatırladaq ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin xüsusi əməliyyatı zamanı bu yaxınlarda 26 azərbaycanlı vəhabi həbs olunaraq qanunlara təslim edilib.

Geri qayıt