Əsas Səhifə > Sosial, Manşet > İki Laçın sakini həyatlarının təhlükə altında olduğunu iddia edirlər
İki Laçın sakini həyatlarının təhlükə altında olduğunu iddia edirlər20-11-2014, 10:56 |
Bir neçə gün əvvəl JAM.AZ-ın elektron ünvanına yazılı şəkildə müraciət edən Laçın rayonunu sakinləri Xalid Axundov və Ələsgər Qasımov rayon Mədəniyyət və Turzim Şöbəsinin fəaliyyətindən, Şamkənd Musiqi Məktəbinin direktoru Səfər Quliyev və şöbənin baş mühasibi Şakir İsmayılovdan şikayətçi düşmüşdülər. Onlar qeyd edirdilər ki, sözügedən şəxslər dövlət əmlakını mənimsəməklə yanaşı, həm də ciddi qanunsuzluqlara yol verirlər. Bunun qarşısını almaq üçün müvafiq dövlət qurumlarından yardım istəyən Laçın sakinləri, baş verənlərin qarşısının alınmasını xahiş etmişdilər. Xalid Axundov və Ələsgər Qasımov bu gün JAM.AZ-a daha bir müraciət ünvanlayaraq, bu dəfə dövlət başçısından onlara sığınacaq vermələrini xahiş ediblər. “Bizim indiyə qədər dövlət qurumlarına etdiyimiz şikayətlərlə bağlı həm Şakir İsmayılov, həm də Səfər Quliyev müvafiq orqanlara əməllərini ötr-basdır edən məlumatlar verərək, onları aldadırlar. Rayonun hüquq-mühafizə orqanları da baş verənlərə onların konteksindən yanaşaraq, məsələnin həllinə deyil, bu şəkildə yoluna qoyulmasına çalışırlar”. Onlar həyatları üçün ciddi problem olduğunu da iddia ediblər. “Bizi mövqeyimizdən daşındırmaq üçün müxtəlif üsul və yollardan istifadə edirlər. Həyatımızın təhlükədə olması mütləqdir. Odur ki, mövcud vəziyyəti nəzərə alaraq təhlükəsizliyimizin ciddi şəkildə nəzarətə götürülməsinə və pul hesabına gözlərin qan örtmüş Şakir İsmayilov və Səfər Quliyevin əsarətindən azad edilib, bizə sığınacaq verilməsinə göstəriş vermənizi xahiş edirik”. Geri qayıt |