Əsas Səhifə > Sosial, Manşet > Rəsmi Bakı erməni məsələsində Türkiyədən daha samballı siyasət yürüdür
Rəsmi Bakı erməni məsələsində Türkiyədən daha samballı siyasət yürüdür9-01-2015, 12:33 |
DİA.AZ: - «Azərbaycana qarşı Qərbin basqıları bir müddətdən sonra səngiyəcək. Bu cür hallar dəfələrlə müşahidə olunub. Kimlərsə durum süni şəkildə kritikləşdirməyə çalışırdı. Amma unudurlar ki, rəsmi Bakı bundan da çətin situasiyalardan uğurlu şəkildə çıxıb. Səbəbsə Azərbaycanın kiminsə yanında yox, öz mövqeyində dayanmasıdır». Bu sözləri DİA.AZ-a hökumətdəki mötəbər mənbə bildirib. Qeyd edək ki, son zamanlar rəsmi Bakı ilə bir sıra beynəlxalq təşkilatların münasibətlərində gərginliyin yaranması ilə bağlı bir mənzərə formalaşdırılmağa çalışılır. Əslində Amerikanın bəzi dairələrinin Azərbaycan əleyhinə söylədiyi fikirlər belə bir qənaəti yaratmağa çalışanların əlində əsas silah kimi istifadə olunmaqdadır. Bununla əlaqədar dia-az.life-a danışan məlumatlı mənbə bildirir ki, Azərbaycan hakimiyyəti ənənəvi kursuna sədaqəti səbəbindən radikal xarakterli hücumların hədəfinə çevrilməyib və çevrilməyəcək də: «Əslində İlham Əliyev bu gün regionda deyil, həm də elə MDB məkanında kifayət qədər usta siyasət yürüdən bir lider kimi nəzərləri cəlb etməkdədir. Yetərincə təcrübə, keçdiyi məktəb ölkə prezidentinə ən çətin situasiyalardan çıxmağa imkan yaradır. Və bundan qazananı da Azərbaycan olur. Diqqət yetirin, bu gün Ermənistan bir normal dövlət olaraq qarşılanmır. Hətta Azərbaycanı hədəfə alaraq, Ermənistanın arxasında dayanan böyük güclər də Ermənistana bir dövlət olaraq deyil, sanki bir təşkilat kimi yanaşırlar. Bu ciddi faktordur. Azərbaycanda isə dövlət institutları, dövldətçilik mexanizması ciddi şəkildə fəaliyyətdədir. Bu mexanizmanı isə hərəkətə gətirənlər var». Mənbə açıqlamasının sonunda maraqlı bir fakta da diqqət çəkdi: «Ümumiyyətlə, erməni məsələsinə rəsmi Bakının reaksiya və münasibəti bu gün hətta qardaş Türkiyənin eyni mövzuya yanaşmasından daha mütəşəkkil və daha uğurludur. Halbuki Türkiyə kifayət qədər ənənəsi olan və böyük ölkədir. Amma buna rəğmən erməni mövzusunda Türkiyənin Azərbaycandan öyrənməli çox şeyi var. Olduqca ehtiyatlı gedişlərə üstünlük verən rəsmi Ankaranın yanlış siyasətinin nəticəsidir ki, bu gün onlarla ölkə qondarma erməni soyqırımını tanıyıb. Amma məhz Azərbaycanın verdiyi dəstək, yürütdüyü siyasət bu prosesin miqyasının genişlənməsinin qarşısının alınmasında ciddi rol oynayıb. Bunu Ankarada da yaxşı başa düşürlər». Geri qayıt |