Əsas Səhifə > Sosial, Manşet > Zakir Fərəcova şok zərbə: Yeyinti ehtimalı icra başçısını hədəfə gətirdi

Zakir Fərəcova şok zərbə: Yeyinti ehtimalı icra başçısını hədəfə gətirdi


17-01-2015, 11:58
Zakir Fərəcova şok zərbə: Yeyinti ehtimalı icra başçısını hədəfə gətirdi
DİA.AZ: - Hələ keçən günlərdə məlumat verərək bildirmişdik ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov çətin duruma düşdüyündən RİH-də yoxlama-təftiş zərurəti yaranıb.

DİA.AZ-a bu barədə Hesablama Palatasındakı mötəbər mənbələrdən verilən informasiyadan aydın olur ki, Zakir Fərəcovun rəhbəri olduğu RİH-in 2014-cü il ərzində ciddi maliyyə pozuntularına yol verməsi ilə bağlı ciddi faktlar səbəbindən Hesablama Palatası sözügedən qurumda yoxlama aparacaq.

Mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, bu yoxlamaların yekunu çox sərt qərarlarla müşaiyət oluna bilər: «Yoxlama zərurəti yaradan faktlar indidən Zakir Fərəcova və yaxın çevrəsinə çox ciddi başağrıları yaratmaqdadır».

Onu da xatırladaq ki, Abşeron RİH başçısının postundan alınması məsələsi də «yuxarıların» gündəmindədir…

Geri qayıt