Əsas Səhifə > Sosial, Manşet > Qəzənfər Ağayevin böyük yeyintisini Ana Təbiət ortaya çıxardı...
Qəzənfər Ağayevin böyük yeyintisini Ana Təbiət ortaya çıxardı...26-01-2015, 09:34 |
Astarada əhalinin infrastrukturla bağlı problemləri getdikcə çoxalmağa başlayır. Vaxtında görülmüş keyfiyyətsiz işlər ucbatından yaranmış mövcud vəziyyət isə durumu daha da qəlizləşdirir. JAM.AZ xəbər verir ki, rayonun mərkəzindəki yollar qismən yaxşı olsa da, iri kəndləri birləşdirən magistralların durumu dəhşətlidir. Əgər əvvəllər Astaranın icra başçısı Qəzənfər Ağayevin təlimatı əsasında yolun dağılan hissələrinə zay asfalt vururdularsa, indi bu proses də dayandırılıb. Rayondan verilən məlumata görə, Astara-Şahağacı yolu da keyfiyyətsiz salınmış asfalt yollardan biridir. Qısa müddətdən sonra yol dağılmağa başlayıb. Qışın yağış və qarından sonra isə vurulmuş zay asfalt tamamilə sıradan çıxıb. Amma təmir işləri üçün yenidən xarab da olsa asfalt vurulması prosesi həyata keçirilmir. Əksinə, icra başçısı Qəzənfər Ağayevin ideyası əsasında yolun dağılmış hissələrinə dəniz sahilindən gətirilmiş qum tökülür. Geri qayıt |