Əsas Səhifə > Sosial, Manşet > Ağdaşda Qarabağ müharibəsi veteranının başına açılan müsibətlər – Haqqı tapdanan vətəndaş şok iddialar səsləndirdi

Ağdaşda Qarabağ müharibəsi veteranının başına açılan müsibətlər – Haqqı tapdanan vətəndaş şok iddialar səsləndirdi


28-01-2015, 09:57
Ağdaşda Qarabağ müharibəsi veteranının başına açılan müsibətlər – Haqqı tapdanan vətəndaş şok iddialar səsləndirdi
DİA.AZ: - Ağdaş rayonu Babək küçəsi ev 10 sakini Qarabağ müharibəsi veteranı Cabbarov Araz Ağabala oğlu redaksiyamıza şikayət məktubu ünvanlayıb. DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Bəlkə də Qrabağ müharibəsi zamanı düşmən ermənilər tərəfindən edilən vəhşiliklər mənə bir o qədər də təsir etməməişdir, çünki onlar düşmənlərimizdir, ancaq özlərini Azərbaycan övladları sayan Ağdaş rayon hüquq mühafizə orqanlarının etdiyi qanunsuzluqlar, özbaşınalıqlar və ədalətsizliklər nəticəsində özümü öldürmək həddindəyəm.

Ağdaş Rayon Polis Şöbəsinin serjantı Bəhruz Həşimovla qohumluq münasibətlərimiz məhkəmə qaydasında pozulduğundan bizimlə düşmənçilik, qərəzçilik aparırdı. Hətta o, bir neçə dəfə yaxın qohumlarımı, məni şərləyəcəyi ilə hədələmiş və biz bu barədə Ağdaş Rayon Polis Şöbəsinə , Prokurorluğuna şikayət ərizələri ilə müraciətlər də etmişdik. Ancaq heç bir qanunu tədbirlərin görülməməsindən polis serjantı Bəhruz Həşimov daha da azğınlaşaraq bizi nəyin bahasına olur-olsun şərləməyi qarşısına məqsəd qoyub.

07.09.2014-cü il tarixdə 2 yaşı tamam olmamış azyaşlı uşağımla parkda gəzərkən qəfil üstümüzə hücum edib, camaatın gözü qarşısında məni söyüb-təhqqir etdi və məni yumruq-təpiklə vurdu. Bütün bunları görən şahidlər var. Ancaq buna baxmayaraq məni qanunsuz olaraq heç bir qeydiyyat aparmadan 3 gün Ağdaş RPŞ-də saxladılar ki, istədikləri 10.000 manat pulu ala bilsinlər. 3 gündən sonra 2000 manat pul alıb, həbsdən azd etdilər.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə başanılmış cinayət işini istintaq edən Ağdaş rayon Prokurorluğunun müstəntiqi Pərviz Cəlilov 2000 manat pulu məni guya zaminliyə buraxması üçün aldığını bildirdi. Ancaq həmin vaxt mən nə şübhəli, nə də ki. təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməmişdim. Ancaq şahid kimi dindirilmişdim. Sonra cinayət işini Cinayət Məcəlləsinin 315-ci maddəsindən 128-ci maddəsinə tövsif etdilər. Buna görə də müstəntiq Pərviz Camalov məndən 1500 manat aldı. Sonra maddə dəyişdiyinə görə cinayət işini Ağdaş RPŞ-nin baş müstəntiqi Şirazi Qasımov istintaq etdi. O da məndən bir neçə dəfə pul aldı .Cinayət işinin ibtidai istintaqı başdan-başa qanunsuzluqla. qərəzçiliklə aparılmışdır. Hansı ki, konkret və mötəbər subutlarım var ki, bu cinayəti polis serjantı Bəhruz Həşimov edib.

Polis olduğu üçün məni qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb etdilər.3 gün polisdə qanunsuz saxlanılmağımı təsdiq edən şahidlər də var. Mənə vəkil ayrılmasını bildirsələr də, heç bir vəkil görməmişəm. Həmin vəkil də onların öz əlaltılarıdır. Ümüd etdim ki. ədalət mühakiməsi olacaq və məhkəmə işə obyektiv baxacaq. Ancaq ilkin məhkəmə iclasında hakim Famil Nəsibovun qanunları yox, şəxsi maraqlarını üstün tutduğunu görüb hakimə etiraz etdim. Ancaq etirazımı təmin edilmədi, iş yenidən həmin hakimin icraatına qaytarıldı. Hansı ki, etirazım tam əsaslı idi. Cinayəti törədən polis serjantı Bəhruz Həşimovun əməllərini ört-basdır edən Ağdaş Rayon hüquq mühafizə orqanlarının bu özbaşınalıqları nəticəsində özümü öldürmək həddindəyəm.

Bəlkə də bu vəhşiliyi düşmənlər də etməzdi ki, həmin günü 07 sentyabr 2014-cü il tarixdə (cinayət hadisəsi olan günü ) mənə qarşı edib, 2 yaşı tamam olmamış azyaşlı uşağımı ayaqlar altında baxımsız qoyub məni həbs etdilər. Hazırda isə məndən alınmış rüşvətlərə görə borca düşmüşəm. Rüşvətin məndən alınmasının video çəklişləri də var”.

Daha sonraşikayətçi tərəf dia-az.life-a bunları bildirir: “Mən Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq vuruşmuşam. Vətənimi elimi-obamı canım qədər sevirəm. Ancaq üzləşdiyim bu haqsızlıq, özbaşınalıq , ədalətsizlik məni intihara məcbur edir. Kaş ki vətənin suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olaydım ki, belə harınlarala, özbaşınalıqlarla rastlaşmayardım.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və bütün aidiyyatı vəzifəli şəxslərə müraciət edib xahiş edirəm, göstərdiyim korrupsiya , qanunsuzluq faktlarını obyektiv araşdırıb qanunu tədbirlər görəsiniz və barəmdə olan saxta, qondarma cinayət işinin məhkəmə prosesini nəzarətə götürüb, ədalətli hökm çıxarılmasına köməklik edəsiniz..

Sizə çoxlu sayda şikayətlət göndərmişəm. Xahiş edirəm köməklik edin”.

Qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.

Ağdaşda Qarabağ müharibəsi veteranının başına açılan müsibətlər – Haqqı tapdanan vətəndaş şok iddialar səsləndirdi
Geri qayıt