Əsas Səhifə > Sosial, Manşet > Ucar sakini rayonun baş cərrahından Oqtay Şirəliyevə şikayətçi düşdü

Ucar sakini rayonun baş cərrahından Oqtay Şirəliyevə şikayətçi düşdü


29-01-2015, 09:43
Ucar sakini rayonun baş cərrahından Oqtay Şirəliyevə şikayətçi düşdü
DİA.AZ: - Ucar rayonu Oğuz küçəsi bina 15 mənzil 5 də yaşayan Purqafari Azər Ələsgər oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olub. DİA.AZ-a yazan narazı vətəndaş bildirir:

“Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsinin baş həkimi Cavanşir Qədirov tələb etdiyi 450 manat pulu verə bilmədiyim üçün məni cəzalandıracağı ilə hədələyir. Belə ki həyat yoldaşım 23 yanvar 2015-ci il tarixində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirdi. Müalicəsi üçün 5 gün ərzində mənə aldırdığı dava -dərmanın dəyəri 1500 manat olmuşdur. Hələ üstəlik cərrah Cavanşir Qədirov məndən 450 manat pul verməyi tələb etdi.

Əks təqdirdə ailəmi evə buraxmayıb girov saxlayacağı ilə hədələdi. Mən çıxılmaz vəziyyətdə qaldım və bilmədim neynəyim. Bundan sonra Cavanşir həkim evində olanda mənə tibb bacısı bildirdi ki, həyat yoldaşını evə apara bilərsən. Buna görə də ailəmi evimə gətirdim. Sonra mənə bildirdilər ki, cərrah Cavanşir Qədirov xəstəxanaya gəlib həyat yoldaşımın evə gətirildiyini bilib və bizim ünvanımıza uca səslə nalayiq söyüşlər söyüb nəyin bahasına olur-olsun bizi cəzalandıracağını bildirib.

Cavanşir həkimin məndən 450 manatı verməyi tələb etməsini təsdiq edən video çəkliş də var. Bu video faktı hüquq mühafizə orqanlarına, o cümlədən də Səhiyyə Naziri cənab Oktay Şirəliyevə təqdim edəcəyəm. Hazırdada evdə qorxu içində yaşayırıq ki, sipirtli içki qəbul edib daima sərxoş vəziyyətdə olan Cavanşir həkim evimizə basqın edə bilər. Bu həkimin indiyə qədər etdiyi yararsız cərrahiyə əməliyyatı nəticəsində çoxlu sayda xəstələr dünyasını dəyişib..

Mənim həyat yoldaşımın cərrahiyə əməliyyatında digər həkimlər iştirak etməsəydi, mən Cavanşir Qədirovun əməliyyat etməsinə qətiyyən razı olmazdım.

Mən mətbuat vasitəsi ilə aidiyatı orqanlardan və Səhiyyə Naziri cənab Oktay Şirəliyevdən xahiş edirəm xəstələrə və onların yaxınlarına qənim kəsilmiş həkim Cavanşir Qədirovun barəsində qanunu ciddi tədbirlər görəsiniz. Mən aidiyyatı orqanlara . o cümlədən Səhiyyə Nazirliyinə artıq şikayətlər etmişəm. Xahiş edirəm araşdırıb qanunu tədbirlər görəsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq...


Ucar sakini rayonun baş cərrahından Oqtay Şirəliyevə şikayətçi düşdü
Geri qayıt