Əsas Səhifə > Sosial, Manşet > İki rayonun icra hakimiyyətinin başçısı ilə bağlı qərar veriləcək

İki rayonun icra hakimiyyətinin başçısı ilə bağlı qərar veriləcək


2-02-2015, 10:21
İki rayonun icra hakimiyyətinin başçısı ilə bağlı qərar veriləcək
DİA.AZ: - Keçən həftə prezidentin sərəncamı ilə 3 rayonun icra hakimiyyətinin başçısının yerləri dəyişdirildi. Belə ki, Ucar rayonunun icra başçısı Qubaya, Quba rayonunun icra başçısı Göyçaya, Göyçayın icra başçısı ilə Ucara təyinat aldı. Və bunun ardından yayılan xəbərlərdən aydın olurdu ki, icra başçıları ilə bağlı növbəti qərarlar da gözlənilir, daha bir neçə rayonun rəhbərliyi dəyişdiriləcək.

İki rayonun icra hakimiyyətinin başçısı ilə bağlı qərar veriləcək

DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə bildirir ki, hazırda Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovun da vəzifəsindən azad edilməsi gözlənilir. Mənbənin söylədikləri:

«Süleyman Mikayılov çoxdandır bir sıra dairələrin hədəfinə çevrilib. İndi isə onunla bağlı qərar verilir. Amma təbii ki, «Çakır» ləqəbi ilə tanınan bu icra başçısını da himayə edənlər var və himayədarları Süleyman Mikayılovla bağlı yeni təyinat qərarının verilməsinə çalışırlar».

İki rayonun icra hakimiyyətinin başçısı ilə bağlı qərar veriləcək

Məlumatlı mənbə dia-az.life-a açıqlamasında onu da bildirib ki, Süleyman Mikayılovun Astaraya göndəriləcəyi ehtimal olunur: «Çünki Astaranın icra başçısı Qəzənfər Ağayev də vəzifəsindən azad ediləcək. Bu barədə qərar verilib. Sadəcə rəsmiləşməsi gözlənilir. Ehtimal olunur ki, Süleyman Mikayılovu Astara rayonuna təyin etsinlər».


Geri qayıt