Əsas Səhifə > Sosial, Manşet > Neft böhranı ilə əlaqədar növbəti kəmərsıxma prosesi: Bakıda 500 məmurun vəzifəsi ləğv olunur

Neft böhranı ilə əlaqədar növbəti kəmərsıxma prosesi: Bakıda 500 məmurun vəzifəsi ləğv olunur


9-02-2015, 10:15
Neft böhranı ilə əlaqədar növbəti kəmərsıxma prosesi: Bakıda 500 məmurun vəzifəsi ləğv olunur
DİA.AZ: - Son günlər bir sıra dövlət qurumlarında kadr islahatlarının da aparılacağı haqda məlumatlar yayılmaqdadır. Bildirək ki, neft böhranı Azərbaycanda ciddi dəyişiklikləri zərurətə çevirib. Nəticədə Dövlət Torpaq və Xəritəçəkiə Komitəsi ləğv edildi. Və daha bir neçə dövlət qurumunun da ləğv ediləcəyi iddia olunur.

DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə iddia edir ki, bütün bunlara paralel olaraq ayrı-ayrı nazirliklərdə kadr islahatları planlaşdırılır. Məlumatı verən mənbə bildirir ki, neçə müddətdir, Dövlət Neft Şirkəti ixtisarlar həyata keçirir:

«Amma bu dalğa Mədəniyyət və Turizm, Gənclər və İdman və həmçinin İqtisadiyyat və Sənaye nazirliklərində də müşahidə olunacaq».

Mənbəyə görə, ümumilikdə olaraq sözügedən 3 nazirlikdə təxminən 500-ə yaxın ştatın ləğv edilməsi gözlənilir.

Geri qayıt