Əsas Səhifə > Sosial, Manşet > Kremllə rəsmi Bakı arasında mühüm Qarabağ danışıqları gözlənilir
Kremllə rəsmi Bakı arasında mühüm Qarabağ danışıqları gözlənilir10-02-2015, 10:43 |
DİA.AZ: - «Azərbaycan bu gün regionun ən usta oyunçularından birinə çevrilib. Həm Kremllə münasibətlərini qoruyan və həm də Avropadakı enerji bazarı uğrunda mübarizəsini davam etdirən rəsmi Bakının sözügedən siyasəti ən uğurlu seçimdir». Bunu DİA.AZ-a Azərbaycanın son zamanlar dünya gücləri ilə münasibətlərini şərh edərkən izahlayan diplomatik qaynaq maraqlı açıqlamalar da verib. Mənbənin söylədikləri: «Azərbaycanı Cənubi Qafqazın yox, ümumilikdə olaraq MDB məkanının digər ölkələri ilə müqayisə etdikdə (Rusiya xaric) aydın şəkildə görə bilirik ki, dayanıqlı siyasət, oturuşmuş dövlət şərti rəsmi Bakının mövqelərini daha da yuxarı çıxarmaqdadır. Eyni zamanda prezident İlham Əliyevin atdığı addımlar da kifayət qədər diqqət çəkir. Nədir bu addımlar? Bunu qısa olaraq belə şərh edə bilərik. İlham Əliyev Azərbaycanın demokratikləşdirilməsi yolunda israrlı siyasətini davam etdirir. Amma bu prosesin hansısa kənar müdaxilə hesabına yürüdülməsinin də son nəticədə Azərbaycanın dövlət müstəqilliyini açıq şəkildə təhdid etdiyini bildiyindən bir növ demokratikləşmənin «milli model»inə üstünlük verdiyini gizlətmir. Bəzi hallarda rəsmi Bakıya qarşı Qərbin təzyiqləri müşahidə olunur. Hətta elə bir situasiya yaranır ki, ekspertlərin bəziləri rəsmi Bakının sanksiyalara uğraya biləcəyini də proqonozlaşdırırlar. Amma bunlar baş vermir? Səbəbi isə çox sadədir. Yenə də kənar müdaxiləni inkar edən demokratikləşmə siyasətinin prioirietliyi»… Mənbəmiz dia-az.life-a açıqlamasında bildirir ki, buna paralel olaraq İlham Əliyevin Rusiya ilə təmaslarını ən üst səviyyədə inkişaf etdirməsi, habelə bu siyasətin Azərbaycan dövlətinin milli maraqları ilə ziddiyyət təşkil etməməsinə nail olması da çox ciddi uğurdur: «Diqqət yetirin, Rusiya Azərbaycanı artıq düşmən ölkə, «Rusiyanın hədəflərindən biri» kimi qəbul etmir. Əksinə Kremlin son davranışları da göstərir ki, Azərbaycana bu gün Ermənistandan qat-qat artıq simpatiya var. Buna İlham Əliyev nail olub. Kimsə bunu inkar edə bilməz və kimsə onu da iddia bilməz ki, Azərbaycanın belə bir simpatiyaya ehtiyacı yoxdur. Əksinə, dünənə qədər Azərbaycan üçün hələ də bir nömrəli problem hesab olunan Qarabağ münaqişəsinin həllinin məhz Moskvada olduğunu iddia edənlər də barışmalıdırlar ki, artıq İlham Əliyev Qarabağ probleminin həllinə daha çox özünün manipulyasiya aləti, Azərbaycana təzyiq rıçaqı kimi baxan Qərbin anlamsız və sonsuz danışıqlar seriyasından imtina yolunu seçməklə yanaşı, problemin real həllində müstəsna rol oynayacaq bir siyasəti sərgiləməkdədir ki, bu da özünü məhz Azərbaycan-Rusiya münasibətlərinin ən üst səviyyədə olması ilə əks etdirir». Mənbənin söyləntilərinə görə, yaxın günlərdə Azərbaycan Rusiya ilə Qarabağ münaqişəsinin həlli ilə bağlı həlledici danışıqlara start verəcək: «Bunun konturları bəllidir. Tərəflər bu barədə məlumatlıdır. Bu bir faktdır ki, Azərbaycan Qarabağın azadlığı üçün Ermənistanla yox, Rusiya ilə anlaşmalıdır. Qarabağı bizdən ermənilər yox, ruslar işğal edib. Və İlham Əliyev də əsam işğalçı ilə polemikalarını davam etdirib, nəticə əldə etməyi qəsd edir». Geri qayıt |