Əsas Səhifə > Sosial, Manşet > Şəkinin başçısı sahibkar xanımdan 20 min manat pulu niyə istəyir?
Şəkinin başçısı sahibkar xanımdan 20 min manat pulu niyə istəyir?11-02-2015, 10:27 |
Dünən redaksiyamıza Şəki şəhər sakini, sahibkar xanım Rəna Abdullayeva şikayətə gəlmişdi… Şəki rayon RİH başçısı Elxan Usubovun iki dəfə qəbulunda olan tanınmış sahibkar müvafiq sərəncam və özəlləşmə sənədi ilə ona məxsus yanacaqdoldurma məntəqəsinin təyinatının dəyişdirilərək mağaza tikdirməsi üçün sərəncam verməsini xahiş edib… Başçı hüquqşünasa, müavininə, köməkçisinə, memara, bələdiyyə sədrinə tapşırıq verir ki, belə işgüzar xanıma mütləq kömək lazımdır, onu hətta prezident də tanıyır və s. Xamı aidiyyəti şəxslərin yanında olur, deyirlər ki, «…İşə başla, sərəncam hazırlanacaq… Amma bunun, Məşədi İbada deyildiyi kimi, bir balaca xərci var… Ya min min manat ver, ya da 20 ton Ukrayna armaturu…». Qısası, sahibkar xanım canından bezib 5 min manat verməyə razılaşır, qalanını isə sonra verməyə məcbur olur. Amma… Həmçinin dünən Şəki RİH başçısı E.Rüstəmovun qəbul otağına dəfələrlə zəng etdik, lakin köməkçi bizi icra başçısı E.Usubovla calaşdırmadı. Odur ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Yazıya aid bütün sənəd və maddi sübutlar (qarşı tərəflə aparılan sövdələşmələrə və tikintiyə dair səs yazıları, video və fotolar redaksiyamızdadır). Rəna Abdullayeva əməkdaşımıza geniş video müsahibə verib. Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova… ünvanlı şikayət və video hazırda çapa və sayta yüklənməyə hazırlanır. «Təzadlar»ın Araşdırma Qrupu Geri qayıt |