Əsas Səhifə > Sosial, Manşet > Mağazanın qapısını açıq görən vətəndaşdan maraqlı təşəkkür məktubu

Mağazanın qapısını açıq görən vətəndaşdan maraqlı təşəkkür məktubu


23-02-2015, 10:59
Mağazanın qapısını açıq görən vətəndaşdan maraqlı təşəkkür məktubu
DİA.AZ: - Yaşanılan dollar böhranı ilə əlaqədar bir məsələ də üzə çıxdı: Azərbaycan ticarətçiləri üçün mənfəət daha öndə imiş. Hər halda, bu gün bir tikə çörəyinii nisyə ala biləcəyi dükanların belə qapısının bağlı olduğunu görən Azərbaycan vətəndaşının məhz bu durumunda yanında olmaqdansa, daha çox bir-neçə manatlıq faydasını düşünən tacirlərimizin bu davranışları heç də anlaşılan deyil.

DİA.AZ bildirir ki, məhz bu bahalaşma fonunda iri market və supermarketlərin xüsusi olaraq fərqlənməsi, qapılarının ağzını günlərlə bağlı tutması biabırçı bir ovqatdan xəbər vermiş oldu.

Deməli, bizim tacirlərimiz MÜHARİBƏ ŞƏRAİTİNDƏ qanımızı içməyə hazır bir vəziyyətdədirlər.

Hər halda, bunu onların hamısına şamil etm ək də olmaz. Elə DİA.AZ-a yazan oxucularımızdan biri də məhz bu bahalıq dönəmində qapılarını hər kəsin üzünə açıq saxlayan və həm də satdığı mallarını köhnə qiymətlə təqdim edən dükanlar şəbəkəsinin olduğunu da xatırladaraq, təşəkkürünü çatdırmaq istədiyini bildirib.

Redaksiyamıza yazan Bakı sakini Azər Nəbiyev «Neptun» marketlər bəşəkəsindən razılıq edir: «Adlarını çəkməyəcəm, amma dünənə qədər az qala hər həftə 200 manatlıq alış-veriş etdiyim iri supermarketlərin qapısı bağlı idi. Amma bir dəfə də olsun, kandarından ayaq basmadığım «Neptun» nəinki qapılarını bağlamamışdı, hətta qiymətləri də qaldırmadı. Buna görə daimi oxucusu olduğum dia-az.life vasitəsilə «Neptun»un rəhbərliyinə Azərbaycan xalqı adından təşəkkürümü çatdırıram».

Geri qayıt