Əsas Səhifə > Sosial, Manşet > Ağsu sakinləri prezidentə ilginc müraciətdə bulundular: «Bizə xalqın yanında olacaq başçı göndərin»

Ağsu sakinləri prezidentə ilginc müraciətdə bulundular: «Bizə xalqın yanında olacaq başçı göndərin»


24-02-2015, 11:11
Ağsu sakinləri prezidentə ilginc müraciətdə bulundular: «Bizə xalqın yanında olacaq başçı göndərin»
DİA.AZ: - Ağsu rayonunda havaların pisləşməsi səbəbindən vəziyyət daha da pisləşib. Bu barədə DİA.AZ-a rayon sakinləri yazırlar.

Onlar bildirirlər ki, havaların soyuması, qarın yağması onların onsuz da çətin olan durumlarını daha da qəlizləşdirib.

dia-az.life-a göndərilən müraciətdə deyilir: «Bu gün Ağsu sakinlərinin tək ümidi Allah və prezident İlham Əliyevdir. Başqa yolumuz qalmayıb. İcra başçısı Ənvər Seyidəliyev bir alınmaz qaladır. Kimsə ona bata bilmir. Elə buna görə də saytınız vasitəsiylə prezidentə müraciət edirik.

Cənab prezident. Bu gün Ağsuda vəziyyət çox gərgindir. Əhali səfayəlt içində yaşayır. Havalar soyuyursa, deməli, ağsulular da donur. Çünki evlərimizi qızdırmağa heç nəyimiz yoxdur. Qışı zar-zor yola vermişik. İndi yenə də yağan qar bizi çətin duruma salıb.

Meşələri qırmağa qoymurlar. Təbii qaz da hər yerdə yoxdur. Məcburuq ki, qanunsuz da olsa, meşələrə üz tutaq.

Dəfələrlə bu problemlə bağlı yerli icra hakimiyyətinə müraciət etsək də, səsimizi eşidən yoxdur. Xahiş edirik, bizə həqiqətən də xalqın yanında olan icra başçısı yollayın. Ənvər Seyidəliyev üçün xalqın dərjdi yox, özünün şəxsi qayğıları bir nömrəli məsələdir. Bütün idarə müdirləri onun qohumlarıdır. Öz vəziyyətləri yaxşıdır və elə zənn edirlər ki, sıravi camaat da yaxşı yaşayır.

Amma bu, belə deyil. Biz dəfələrlə Ənvər müəllimin qohumu olan nazir Səlim Müslümova da müraciət etmişik. Amma o da öz qohumuna irad bildirməyib. Xahiş edirik köməkliyinizi əsirgəməyin».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt