Əsas Səhifə > Sosial, Manşet > Fars-molla rejimindən Azərbaycana qarşı yeni dəst-xətt: Bu dəfə tariximizi saxtalaşırmaqla yetinmirlər
Fars-molla rejimindən Azərbaycana qarşı yeni dəst-xətt: Bu dəfə tariximizi saxtalaşırmaqla yetinmirlər27-02-2015, 11:03 |
DİA.AZ: - Hələ də müstəqil Azərbaycan dövlətinin varlığını həzm edə bilməyən və bunu heç də gizlətməyən fars-molla rejimi indi də Şimali Azərbaycana olan iştaha və iddialarını fərqli formada ifadə etməyə başlayıb. Elə bu günlərdə İranda təşkil olunan tədbirin mahiyyətindən də bu sezilir. DİA.AZ olaraq “arannyus”a istinadən həmin tədbirin materialını təqdim edirik: “Təbriz Universitetinin rektoru Məhəmmədrza Pur Məhəmmədi konfrans iştirakçılarına xoşgəldin dedikdən sonra İran İslam Respublikasının müqəddəs quruluşunun inkişaf və nailiyyətlərini İmam Xomeyni (rh) və şəhidlərin zəhmətləri sayəsində qazanıldığını qeyd edərək dedi: "Azərbaycan tarix boyu İran ölkəsində baş tutan qiyam, mübarizə, hərəkat və inqilablarda ştirak etmişdir". O, Azərbaycanda baş vermiş Atropatın Makedoniyalı İsgəndərə qarşı qiyamını, Tənbəki qiyamında iştirakı, Məşrutə hərərkatını və 1356 Günəş ilində (1979) Təbriz əhalisinin 29 Bəhmən qiyamını Azərbaycan xalqının mübarizə və inqilab hərəkatlarında dönüş nöqtəsi adlandırdı. Rektor çıxışının sonunda əyalətdə belə konfransların təşkilinə təkid etdi və bu cur konfransların keçirilməsində əsas məqsədin Müqəddəs İslam İnqilabında Azərbaycanın rolunu və baş verən hadisələrini sənədləşdirmək olduğunu bildirdi. Təbriz Universiteti İran Tarixi və Mədəniyyəti İnstitutunun rektoru və konfransın elmi katibi doktor Pərğu da konfrasda iştirak edən qonaqlara, alim və ziyalılara öz təşəkkürünü bildirərək dedi: "Biz şəhidlərin qanına borcluyuq. Onlar başlarından keçdilər ki, İslamın başı əldən getməsin". O artırdı: "Azərbaycanın müdrik insanları böyük alimlərin, xüsusən də Ayətullah Qazinin rəhbərliyi ilə İranın digər məntəqələrinin əhalisi kimi həzrət İmam Xomeyninin (rh) zülm əleyhinə nidasına ləbbeyk dedilər və özlərinə məxsus səhnələr yaratdılar". Doktor Pərğu Azərbaycan xalqının bariz özəlliklərini qeyrət, vilayətçilik, Rəhbərin göstərişlərinə əməl etməkdə olduğunu bildirdi. Onun sözlərinə görə Təbrizin 1357 (1979) "29 Bəhmən" qiyamı və 1388 (2009) "8 Dey" qəhrəmanlığı Azərbaycan xalqına xas özəlliklərin bariz nümunələrindən sayılır. Həmçinin rektor "İslam İnqilabında Azərbaycanın Rolu" konfransı barədə dedi: Konfrans barədə milli məqalə toplanışı elan edildi və ölkənin hər yerindən 170-dən çox məqalə konfransın katibliyinə daxil oldu, onların arasından 140 məqalə seçildi və 70 məqalə təsdiq olundu. Vəliyyi-fəqihin nümayəndəsi və Təbriz şəhərinin imam cüməsi Ayətullah Müctəhid Şəbüstəri Azərbaycanın iki səciyyə özəlliyinə və onların bir-birinə qarışdıqda səmərəli nəticələr verməsinə işarə edərək dedi: "Birinci səciyyə budur ki, Azərbaycan elm və ədəbin beşiyidir. Bunun şahidi də əyalətdə çoxlu elmi hövzə və universitetlərin olmasıdır. Həmçinin bu əyalət dahi alimlər, təqlid mərcələri, ədəbiyyatçılar, şairlər beşiyidir və bu onun elmi səciyyəsindən xəbər verir. İkinci səciyyə əyalət əhalisinin dini şücaəti və dini qeyrətidir. Bunun da şahidi böyük meydanlarda seperatçılarla, təcavüzkarlarla, imperialistlərlə mübarizədə həmişə yaratdıqları qəhrəmanlıqlar və tarix boyu cananə qiyamlarıdır". Vəliyyi-fəqihin nümayəndəsi xatırlatdı: "İran-Rusiya müharibələrində Azərbaycan cəbhənin ön xətti idi. Lakin o zamanın hökumət başçılarının kifayətsizliyi üzündən bu ərazinin 18-dən çox şəhəri rusların əlinə keçdi və bu da xalqın qəzəbini coşdurdu". O artırdı: Şeyx Məhəmməd Xiyabani, Siqətul İslam, Şeyx Səlim, Mirzə Həsən, Mirzə Cavad xalqı Tənbəki və Məşrutə qiyamlarına qaldıran xətiblərdən idilər. Ayətullah Şəbüstəri Məşrutə qiyamının ölkəyə qanunu hakim etmək üçün baş tutduğuna da toxunaraq dedi: "Məşrutə qiyamında mitinqlər keçirildi və bazarlar bağlandı. Lakin qiyam qərbyönümlülər tərəfindən sapındırıldı və Ayətullah Fəzlullah Nuri kimilər dara çəkildi, yenidən Rzaxan zülm hökuməti ölkəyə hakim edildi". Vəliyyi-fəqihin nümayəndəsi xatırlatdı: "Pəhləvi hökumətinin sonlarında Təbriz əhalisi İmam Xomeyniin (rh) ardınca gedərək Təbrizdə "Biz bu şahı istəmirik vəssəlam!" şüarı verirdilər və təkcə Pəhləvi zülm hökumətinin başa çatmasını istəyirdilər. Pəhləvi hökumətini 29 Bəhmən qiyamı qədər heç bir qiyam qorxutmamışdı. 29 Bəhmən qiyamından sonra Pəhləvi hökuməti bu qiyamın təsirsiz qalmayacağına tam əmin oldu. Ona görə də Təbriz cammatından üzr istədi və əyalətdə öz işçilərini işdən uzaqlaşdırdı". O artırdı: "Lakin onun bu hərəkəti İran xalqını inandırdı ki, şahın oyuncaq hökuməti məhv olmaq üzrədir, zalım və fasid hökumətin sonu çatmışdır". Ayətullah Şəbüstəri Təbrizin elm və mədəniyyət mərkəzi olmasına da işarə edərək dedi: "Bu əyalətdə Ali Məqamlı Rəhbərin şiə mədəniyyəti ilə bağlı göstərişlərini icra edə bilən və digər əyalətlərə örnək ola bilən potensiallar vardır". Konfransın natiqlərindən olan Şərqi Azərbaycan əyalətinin valisi doktor Cabbarzadə Azərbaycanı İran ölkəsinin mühüm ərazisi adlandıraraq artırdı: "Bu bölgə Səfəviyyə dövlətinin ən mühüm himayətçisi, şiəliyin paytaxtı olaraq həmişə mübarizələrin ön xəttində iştirak edib və zülm hökuməti ilə mübarizə aparan əsas səngərlərdən olub". İslam İnqilabının qələbəsində Azərbaycanın təyinedici rolundan danışan vali, gənclərin islami və inqilabi dəyərlərlə tanış olmaları üçün belə konfransarın keçirilməsinə də təkid etdi. Çıxışının sonunda isə konfransın bütün təşəbbüsçülərinə və onun baş tutmasında əməyi olanlara öz təşəkkürünü bildirərək artırdı: "Yaxşı olardı ki, belə konfranslar milli, hətta beynəlxalq səviyyələrdə keçirilsin". Şərqi Azərbaycan İslam İnqilabının Mədəniyyət Cəbhəsinin sədri Ruhullah Rəşidi də çıxış edərək inqilab təcrübələrinin nəşriyyatlara, universitetlərə, elmi-tədqiqat mərkəzlərinə təqdim edilməsinə təkid edərək artırıb: "Özünüz inqilab, mədəniyyət və mübarizlər cərgəsindəsinizsə, təcrübə və xatirələrinizi açmağı əsirgəməyin". O, inqilab cəbhəsində fəaliyyət qanadlarının geniş olmasına da toxunaraq dedi: "Hər sənəd, hətta bir kağız parçası da olsa belə xatirələri sənədləşdirmək üçün mühüm rolu vardır. İnqilab dövrünə aid olan yazı, elan, məlumat, şəkil, şer və s. kimi sənədlərin hər biri xəzinənin bir hissəsi hesab olnur". Qeyd edək ki, "İslam İnqilabında Azərbaycanın Rolu" milli konfransında Vəliyyi-fəqihin nümayəndəsinin iştirakı ilə əyalətin bir sıra şəhid ailələrinə mükafatlar təqdim olundu”. Geri qayıt |