Əsas Səhifə > Sosial, Manşet > Bazarda müəmma var: Siqareti kimlər və niyə yenidən bahalaşdırdı
Bazarda müəmma var: Siqareti kimlər və niyə yenidən bahalaşdırdı3-03-2015, 10:02 |
DİA.AZ: - Məlum olduğu kimi, dünən Azərbaycanda satışa çıxarılan tütün məmulatlarının qiymətlərində endirim olmuşdu. Yəni satışa dolların məzənnəsinin qalxmasından öncəki qiymətə təqdim olundu. Amma cəmi bir gün. Bu gün səhər saatlarından isə yenidən siqaretlər bahalaşıb. Və bu dəfə isə bahalaşma əvvəlki bahalaşma dönəmindən fərqli şəkildə müşahidə olunub. Yəni təxminən 25 faiz civarında. DİA.AZ əməkdaşlarının Bakının ayrı-ayrı marketlərində apardığı müşahidələrdən də aydın olur ki, səhər saatlarından siqaretin qiymətinin qaldırılması sanki bütün dükanlara və marketlərə eyni qaydada əmr şəklində verilib. Bunun bəlasını isə dükan sahibləri çəkməkdədirlər. dia-az.life-a danışan metronun «Sahil» stansiyasının yaxınlığındakı «Sahil» bağının üst tərəfində yerləşən qəzet köşkünün satıcısı deyir ki, dünənki ucuzlaşma və bugünkü bahalaşma ona 345 manata başa gəlib. Satıcının dia-az.life-a söylədikləri: «Sən demə, dünənki ucuzlaşma rəsmi deyilmiş. Boyunlarından atırlar və bizdən tələb edirlər ki, hansı qiymətə götürmüşüksə, o qiymətə də siqaretin pulunu ödəyək. Amma dünən özləri əvvəlki qiymətə qayıtdıqlarını demişdilər. Biz də qorxumuzdan endirim etdik ki, cərimə kəsilməsin. İndi isə başqa şey deyirlər və belə çıxır ki, mən cibimdən 345 manat pul qoyub, zərər ödəməliyəm». Onu da bildirək ki, anoloji qaydada yüzlərlə dükan və market bu şəkildə zərərə uğrayıb. Siqaretin ikinci dəfə bahalaşmasına gəlincə isə bunun aksizlərin 1 mart tarixindən qalxması isə ilə əlaqədar olduğu söylənilir… Geri qayıt |