Əsas Səhifə > Sosial, Manşet > Zakir Həsənov ordumuzun üzünü NATO-dan qaytarmaqla bizi nə qədər ziyana saldı?
Zakir Həsənov ordumuzun üzünü NATO-dan qaytarmaqla bizi nə qədər ziyana saldı?9-03-2015, 15:15 |
«Səfər Əbiyevin dövründə Azərbaycan ordusu NATO sistemi ilə qurulmağa başladı. Bu məqsədlə dövlət büdcəsindən milyardlarla dollar pul xərcləndi. Təsadüfi deyil ki, Azərbaycanın dövlət büdcəsinin böyük bir hissəsi məhz ordu quruculuğuna sərf olunur ki, həmin vəsaitin ciddi payı da məhz NATO sisteminin bərqərar olmasına xərcləndi». Bu sözlər vertikal.az-a özünün bir «vətənpərvər zabit» olduğunu iddia edən şəxs tərəfindən göndərilən müraciətdə qeyd olunub. Müraciət müəllifi vertikal.az-a məktubunda bildirir ki, Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra Azərbaycanın dövlət büdcəsindən xərclənən milyardlar havaya sovrulmuş hesab olundu: «Çünki Zakir Həsənovun gəlişilə Azərbaycan ordusu yenidən sovet sisteminə - yəni MDB sisteminə qaytarıldı. Artıq orduda bütün qaydalar dəyişdirildir. Mütəxəssislər bilir ki, bu prose dövlətə neçəyə başa gəlir. Nədən Azərbaycanın pullarını bu şəkildə havaya sovururlar? Niyə Zakir Həsənov köhnə sistemi qorumadı? Halbuki artıq NATO sisteminə keçidə ordumuz tam olaraq adaptasiya olunmuşdu. İndi geriyə dönüş eyni qədərində, bəlkə də daha artıq xərclə mümkün olacaq. Məgər bu işə qol qoyanlar, buna «yuxarıları» inandıran Zakir Həsənov bütün bu incəlikləri bilmirmi?» Geri qayıt |