Əsas Səhifə > Sosial, Manşet > Qarabağda antiterror əməliyyatlarının vaxtına az qalıb - Rəsmi Bakıdan ilginc azadlıq planı
Qarabağda antiterror əməliyyatlarının vaxtına az qalıb - Rəsmi Bakıdan ilginc azadlıq planı10-03-2015, 10:26 |
DİA.AZ: - «Qardaş Türkiyə ilə Azərbaycanın hərbi sahədəki əməkdaşlığı, habelə rəsmi Bakının Kreml və Qərb arasındakı müstəvidə usta gedişləri birbaşa olaraq Qarabağın azadlığına hesablanmış addımlardır», Bunu DİA.AZ-a açıqlamasında hökumətdəki mötəbər mənbə bildirib. Redaksiyamıza danışan qaynaq iddia edir ki, artıq rəsmi Bakı həm Qərbin və həm də Kremlin Qarabağ probleminin həlli ilə bağlı «arzu və istəklərini» yetərincə nəzərdən keçirmiş hesab olunduğundan müstəqil qərarların verilmə zamanının yetişdiyini hiss etdirməkdədir: «Bu vaxta qədər Azərbaycan tərəfi həm Qərbin və həm də Kremlin Qarabağ probleminin həlli ilə əlaqədar bütün təklif və tövsiyyələrini nəzərə aldığından və bu hər iki cinahın təşəbbüslərinin problemin həllinə yox, sadəcə hazırki situasiyanın müddətinin uzadılmasına hesablandığı qənaəti tam olaraq təsdiqini tapdığından indi də hərəkətə keçmək zamanıdır». Mənbə dia-az.life-a bildirir ki, məhz buna görə də öz diplomatik gedişlərini incəliklə həyata keçirən Azərbaycan hakimiyyəti prezident İlham Əliyevin timsalında həm də genişmiqyaslı hərbi əməliyyatların - Qarabağda antiterror əməliyyatlarının tədarükündədir: «Müharibə oyuncaq deyil. Düşməni də kiçiltməyə ehtiyac yoxdur. Bəyanatlar verilir. Amma rəsmi Bakı Rusiyanın hərbi qüdrətindən qidalanan düşmən tərəfinin gücünü tam olaraq nəzərə alır. Yəni biz Qarabağ uğrunda təkcə Ermənistana qarşı savaşmayacağıq. Bu faktdır. Elə buna görə də, Azərbaycan öz torpaqlarının azadlığı uğrunda Qafqazdakı bütün orduları yenə biləcək qüdrətə iddialıdır, buna az qalıb». DİA.AZ xatırladır ki, keçən il Amerikanın nüfuzlu təşkilatlarından birinin hesabatında Azərbaycan ordusunun hərbi qüdrəti qısaca olaraq belə təsvir olunmuşdu: «Azərbaycan ordusuna bütün Cənubi Qafqazı hərbi yolla ələ keçirməsi üçün 54 dəqiqə 47 saniyə lazımdır»… Geri qayıt |