Əsas Səhifə > Sosial, Manşet > Gəncə Texniki Kollecinin direktoru ila bağlı şok xəbər
Gəncə Texniki Kollecinin direktoru ila bağlı şok xəbər7-05-2015, 10:27 |
DİA.AZ: - Gəncə şəhərində yerləşən Gəncə Texniki Kollecində maliyyə yoxlanılması zamanı külli miqdarda dövlət vəsaitininin mənimsənilməsi aşkarlanıb və qərara gəlinib ki, kollecin direktoru haqqında hüquq mühafizə orqanlarına müraciət edilsin. Bu barədə DİA.AZ-ın elektron poçtuna göndərilən məlumatda deyilir. Daha sonra xəbərdə qeyd olunur: “Media isə vaxtaşırı kollecin direktoru Eldar Əliyevin kobud davranışlarından, dərs bölgüsü zamanı narazılıq yaratmasından, tələbələrin semestr imtahanları zamanı rüşvət verməsinə məcbur edilməsindən, kollecə direktora yaxın şəxslərin müəllim və digər sahələrə işə götürülməsindən yazıb. Amma bir faydası olmayıb. Eldar Əliyev bu günə qədər də mənimsəmə və talançı hərəkətlərindən əl çəkməyib”. “Hazırda semestr imtahanları ilə bağlı kollecdə rüşvət yığma kampaniyasına start verildiyini iddia edən qaynaq dia-az.life-a yazır: “Eldar Əliyev kollecdən qovulmaq ərəfəsində qərara gəlib ki, tələbələrin 300 min manat rüşvət yığsın. Kollecdə 2 minə yaxın (qiyabi, əyani) tələbə təhsil alır. Onlar isə dərsə gəlmir, müxtəlif sahələrdə çalışır. Tələbə və müəllimlərdən Rusiyada işləyənlər də var. Adları kollecdə gedir. Onların məvacibi və təhsil haqları Eldar Əliyev tərəfindən mənimsənilir. Bu səbəbdəndir ki, Eldar Əliyev Gəncə şəhərində bahalı obyektlər alıb. Bakıda bir neçə mənzilə sahibdir. Komfortlu həyat tərzi sürən kollec direktoru pula o qədər hərisdir ki, kollecdən uzaqlaşdırıldığı ərəfədə də külli miqdarda rüşvət yığmağa başlayıb. Onun bu hərəkətlərinə təbii ki, təhsil nazirliyindəki himayədarları kömək edir. Yoxsa onun bu oyunlardan özünü təmizə çıxarması mümkünsüzdür”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |