Əsas Səhifə > Sosial, Manşet > “Expressbank”ın müştəri stulları nədən boş qalmalıdır...
“Expressbank”ın müştəri stulları nədən boş qalmalıdır...9-05-2015, 10:53 |
Manatın dollara nisbətən məzənnədən düşməsi bank sektoruna ciddi ziyan vurub. Elə bu səbəbdən də çətin duruma düşən bankların ağıllı mütəxəssisləri çıxış yolları axtarmağa başlayıb ki, məlum problemin həlli istiqamətində müsbət bir nəticə əldə olunsun. Məhz ağıllı mütəxəssisi olan banklar normal və sivil qaydalardan yararlanıb vəziyyətdən çıxış yolu tapmağa çalışır. Azərbaycandakı əksər banklar isə, vəziyyətdən yararlanıb vətəndaşlara yalançı və şirnikləşdirici vədlər təklif edir. Reallıq isə tamam fərqlidir. Bu barədə bir qədər sonra… Bu gün Azərbaycandakı məlum vəziyyət nəticəsində idarəolunmaz hala düşən bəzi banklar isə çökmə həddindədir. Çünki bank və filial rəhbərləri naşıdır və onlar bankdakı dövlətin verdiyi hazır pulu müştəriyə verib faiz qazanmaqdan başqa bir savad və ağıla malik deyillər. “Harada bişir bişsin, bir böyük qaşıq da mən yeyeim” deyən belə bank sahibləri məlum durum qarşısında davam gətirə bilmirlər. Dünya bank sektorundan xəbərsiz, məlum kritik vəzittəylərdən çıxa bilməyən Azərbaycandakı bəzi banklar isə sudan quru çıxmaq üçün kredit verilməsini saxlayıb əsasən toplama işinə start verir və yuxarıda qeyd etdiyimiz kimi, vətəndaşları aldadaraq müxtəlif adlar altında pul qazanmağa üstünlük verirlər. Belə banklardan biri, “Expressbank”dır. Azərbaycanın bank sektorunda ciddi uğur qazana bilməyən Expressbank” indi digər bankların düşdüyü real vəziyyətdən yararlanmaq niyyətinə düşüb. Belə ki, Expressbank”-ın “SmileCard” taksit kartına diqqət edək. Bankın reklamlarında qeyd olunur ki, bu taksit kartı ilə tərəfdaşlıq edən ticarət / xidmət mərkəzlərində bonuslar, endirimlər və digər imkanlar əldə etmək mümkündür. Şəkilə diqqətlə baxın. Siyahıda olan restoran, kafe və mağazaların heç birində endirim yoxdur və ya olsa belə bunu müəyyənləşdirmək mümkün deyil. Və yaxud burda adı qeyd olunan magazaların hər birində taksit kartsız belə endirimlə alış veriş etmək mümkündür. Və əlavə imkanlar? Nədir o əlavə imkanlar? Niyə açıq göstərilmir? Çünki yoxdur belə imkanlar. Digər bir maraqlı məqam… Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%-dir. Ən ciddi məqamda budur – ilik faiz dərəcəsi 0%… Bəs, kartdan hər dəfə pul çıxarılan zaman 6 və ya 12 % olan komission xərc nədir? Faiz deyilmi? Bəlkə faizə oxşar bir şeydir, sadəcə adı komission xərcdir? Əgər bank kartdan istifadə zamanı komission xərc tələb etməsəydi o zaman 0% -lə razılaşmaq olardı. Amma 6-12 faiz komission xərc varsa deməli, 0% sohbəti ola bilməz. Bütün bunlar bankın müştərilərə aldadıcı yollarla pulı qazanmıasını ortaya qoyur. “Expressbank”da belə yol seçib pul qazanmaq istəyir. Amma unutmaq lazım deyil ki, yalançı reklam, şirnikləşdirici vədlər və diğər yollarla vətəndaşların cibinə girmək cinayətdir. Bizimxeber.az Geri qayıt |