Əsas Səhifə > Sosial, Manşet > Ucarda icra başçısının adamı dələduzluqda ittiham olunur...

Ucarda icra başçısının adamı dələduzluqda ittiham olunur...


29-05-2015, 09:35
Ucarda icra başçısının adamı dələduzluqda ittiham olunur...
DİA.AZ: - Ucar rayonu Ramal kəndi sakini Məmmədov Məhəmmədiyyə Bəxtiyar oğlu DİA.AZ-a şikayət ərizəsi ilə müraciət edib. Narazı vətəndaş yazır:

"Bp-Azərbaycan şirkətinin rəsmi koordinatoru Faiq Bağırovla Ucar Rayon İcra Hakimiyyətinin Ramal kənd üzrə nümayəndəsi Rahib Şərifov əlbir olub vəzifə səlahiyyətlərindən və bizim savadsızlığımzdan sui-istifadə edib bizə düşəcək kompenssasiyanı saxtakarlıqla qohumum Məmmədova Mənsurə Ərrəhman qızına verilməsini təşkil etmişdilər.Beləki Ucar rayonu Aqrar İslahatlar Komissiyasının 1998-ci il 15 aprel tarixli 05 nömrəli qərarı ilə bizim ailəyə 4.85 hektar pay torpaq sahəsi verilmişdir.Həmin vaxt ailə başçısı mən göstərməklə böyük oğlum Etibar , onun həyat yoldaşı və iki övladına da torpaq sahəsi ayrılmış, ancaq buna dair ümumi dövlət aktı tərtib edilmişdir".

Daha sonra narazı Ucar sakini dia-az.life-a müraciətində bildirir: "Sonradan oğlum ev tikdirib ailəsi ilə birgə yaşamasına baxmayaraq pay torpaqlarımız bir olmuş bölünməmişdir.Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi ( CQBKG) Lahiyəsi üçün torpağın ilkin ayrilması üzrə dövlət və mülkiyyətçi arasında anlaşma memorandum imzalanan vaxt bizi aldatdılar.Adlarını göstərdiyim Bp-nin rəsmi koordinatoru Faiq Bağırovla,Ucar Rayon İcra Hakimiyyətinin Ramal kənd üzrə nümayəndəsi Rahib Şərifov əlbir olub mənə dedilərki bu müqaviləyə imza atmasanız torpağınızı əlinizdən alıb bələdiyyənin mülkiyyətinə verəcəyik.Bizim savdasızlığımızdan və vəzifə səlahiyyətlərindən sui-istifadə edib saxta sənədə aldadıb hədə-qorxu ilə imza etdirdilər. Sonra ailəmizə buna görə düşəcək kompensassiyanı saxtakarlıq yolu ilə hədə-qorxu gələrək qohumum Mənsurə Məmmədovaya verilməsinə razı olmağımıza dair sənədə bizə imza etdirdilər.Bizim ailəyə düşəcək kompensasiyanın həcmidə saxtakarlıqla azaldılmışdır. Mənim 81 yaşım var , 7 nəfərdən ibarət ailəmizə məxsus pay torpaq sahəmə görə ayrılmış 8.000 manat kompensassiyanın bizə verilməməsi cinayətdir ki. bunu adlarını göstərdiyim vəzifəli şəxslər ediblər.Buna kim inanar ki, 8000 manat kompensasiyanın qohumumun almasına pula ehtiyacı olan kasıb ailə razı olsun ? Bu saxtakarlığı edən Ucar Rayon İcra Hakimiyyətinin Ramal kənd üzrə nümayəndəsi Rahib Şərifov kompensasiyanı almış gəlnim Mənsurə Məmmədovanın yaxın qohumudur.Mənim oğlum Etibar dünyasını 2005-ci il tarixdə dəyişib, İki böyük övladı var .Düzdür bu kompensasiyanın yarsı onlarındır.Ancaq bizə çatacaq hissəsinin də onlara saxtakarlıqla verilməsi cinayətdir. Rahib Şərifovun saxtakarlığı iki qohumu üz-üzə qoyub.Bp-Azərbaycan şirkətinin rəsmi koordinatoru Faiq Bağırov isə saxta sənədlərlə yerli camaatı aldadıb kompensasiyaların məbləğini azaldıb özü mənimsəyir.Onun bu əməlləri xüsusi komissiya tərəfindən araşdırılıb qanunu tədbirlər görülməlidir.Bizim ailə bu saxtakarlıq,özbaşınalıq faktı ilə əlaqədar Prezidentə, Mehriban xanıma, ARDNŞ-nin Prezidenti cənab Rövnəq Abdullayevə və Bp- Azərbaycan Şörkətinin rəhbərinə şikayət ərizəsi ilə müraciət etmişik.Mətbuat vasitəsi ilə həmin hörmətli şəxslərdən xahiş edirəm bu saxtakarlıq faktını araşdırıb qanunu tədbirlər görsünlər".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Ucarda icra başçısının adamı dələduzluqda ittiham olunur...

Geri qayıt