Əsas Səhifə > Sosial, Manşet > Mətbuatdan da əlini üzən GDU-nun baş müəlliminin ümidsiz müraciəti...
Mətbuatdan da əlini üzən GDU-nun baş müəlliminin ümidsiz müraciəti...1-06-2015, 09:58 |
DİA.AZ: - Gəncə Dövlət Universitetinin ümumi fizika kafedrasının baş müəllimi Fikrət Hacıyev yenidən mətbuata müraciət edib. DİA.AZ bildirir ki, müraciətinin sonunda "Müraciətimi mətbuata da göndərirəm, yəqin ki, dərc etməyəcəklər. Axı onlara ancaq müharibə veteranı özünü öldürəndən sonra maraqlı olur" deyə ümidsizliyini paylaşan baş müəllim buları yazır: "Mən GDU-nun ümumi fizika kafedrasının baş müəllimiyəm. 20.12.2011 tarixli əmrlə 14.12.2011 tarixində işdən çıxarılmışdım. Halbuki GDU-nun Xocalı faciəsindən sonra könüllü milli orduya gedən tək əməkdaşıyam və1976-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Moskva Energetika İnstitunun elektron texnikası fakültəsinə qəbul olunmuş və həmin institutu fərqlənmə diplomu ilə bitirmişəm. Adım bir neçə dəfə Heydər Əliyevin çıxışlarına düşmüşdü. Ancaq buna baxmayaraq Xocalı soyqırımının 20 illilyi ərəfəsində işdən qovuldum. Halbuki 1993-cü ildə Gəncə Texnologiy Universitetini bitirib, orduya getməmək üçün Rusiyaya billur qab alveri etməyə qaçan Elçin Məmmədov isə heç bir savadı olmadığına baxmayaraq, 35 yaşı tamam olandan sonra GDU-da işə düzəlib və indiyə kimi işləyir. Buna səbəb kafedra müdirim Zakir Zeynalovdur. Onun Xocalı faciəsinin Heydər Əliyev tərəfindən təşkil olunduğunu kafedrada bütün müəllimlər arasında deməsini GDU-nun son 4 rektoruna çatdırsam da, heç biri bu "qüdrətli" şəxsə güldən ağır söz də deyə bilməyib. İşə bərpa iddiamla məhkəməyə müraciət edəndə tanışlarım vasitəsi ilə mənə çatdırıldı ki, hakimə rüşvət verməsəm işə bərpa ola bilməyəcəyəm. Ancaq mənim rüşvət verməyə nə pulum, nə də həvəsim olmadığından hakim Rəhman Muradov 9.02.2012 tarixli qətnaməsi ilə işə bərpa iddiamı təmin etmədi. Buna etiraz olaraq 10.02.2012 tarixindən başlayaraq 52 günlük aclıq aksiyasına başladım. Düzdür 18 ay çəkən məhkəmə proseslərindən və 29 günlük 2-ci aclıq aksiyasından sonra işə bərpa ola bilsəm də, hələ də 17 aylıq itirilən əmək haqqımı və 2 aclıq aksiyasının sağlamlığıma vurduğu zərərə görə təzminatı hələ də ala bilməmişəm. Buna səbəb GDU-nun hüquqdan heç xəbəri olmadığına görə diplomunun saxta olması ehtimalı çox böyük olan Günay Cahangir qızı Şirinovanın fəaliyyətidir. Hakimlərlə qeyri-qanuni işbirliyi nəticəsində, dəfələrlə məhkəmələrdə fırıldaqlarla və qanun pozuntuları ilə rastlaşmışam". Daha sonra çarəsiz müəllim yazır: "Nəticədə I və II instansiya məhkəmələri zamanı süründürməçilik və fırıldaqlardan sonra iddiam iddia müddətinin ötürülməsi müddüası ilə təmin olunmadı. Ancaq 25.07.2015 tarixli 2(102)-2727/2014 saylı qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyası kassasiya şikayətimi təmin edib, iddia müddətinin ötürülmə müddüasının tətbiqinin doğru olmamasını və sağlamlığıma vurulan zərərin araşdırılmamasını göstərmişdi. İşə yenidən baxılması üçün yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsa da, hakim Zərbəli Zərbəliyev MPM-in 420-ci maddəsini kobud şəkildə pozaraq, 13.10.2014 tarixli 2(104)-1506/2014 saylı qətnaməsi ilə yenə də iddia müddətinin ötürülməsi müddüasını tətbiq etdi. Bunu etmək üçün möhtərəm hakim hətta fırıldağa əl atmaqla, iddia ərizəmin verilmə tarixini də saxtalaşdırmışdı. Yenə kassasiya şikayəti yazmalı oldum. Hakim Zərbəli Zərbəliyevin bu qeyri-qanuni hərəkətlərinə Məhkəmə Hüquq Şurasında baxılmasını kassasiya şikayətimdə göstərmək istəsəm də, vəkilimə edilən təzyiqlər səbəbindən bunu etmək mümkün olmadı. "Yumşaldılmış" kassasiya şikayətim ikinci dəfə Ali Məhkəməyə göndərildi və 13.04.2015 tarixli 2(102)-892/2015 saylı qərarla iddia müddətinin keçməməsi və sağlamlığıma vurulan zərərə görə tələbə qiymət verilməsi göstərişi verilmişdi. Ancaq buna baxmayaraq adını artıq çəkdiyim hakim Rəhman Muradov ildırım sürətli məhkəmə iclası keçirib, guya hansısa razılaşmaya əsaslanaraq mənim nəinki sağlamlığıma vurulan zərərə görə təzminat tələbimi, heç əmək haqqımın da tam ödənilməsini təmin etməyən bir qətnamə elan etdi. Bu zaman o bildirdi ki, yəqin ki, kassasiya şikayəti yazmayacağam.Bildirirəm ki, məni faktiki olaraq bir dəfə öldürən bu hakimin belə münasibətini heç gözləmirdim. Deməli o etdiyi cinayət əməlindən peşiman deyil və yeni cinayətlərə hazırdır. Göz qabağında klassik süründürməçilik misalı görünür. Ali Məhkəmənin qərarındakı göstərişlər 2 dəfə təkrarlansa da, yenə yerinə yetirilməyib. Ali Məhkəmə qanunlara riayət etməlyən hakimlərə neçə dəfə göstəriş verməlidir? Məhkəmə Hüquq Şurası tərəfindən cəzalandırılmaqdan belə qorxmayan Zərbəli Zərbəliyev və Rəhman Muradov kimi hakimlər süründürməçiliklə müharibə veteranını acından öldürməyə çalışırlar. 3-cü kassasiya şikayətinin də nəticəsinin eyni olmasını nəzərə alaraq, MPM-in 420-ci maddəsinin başda Gəncə Apellyasiya Məhkəməsinin sədri olmaqla hakimlərinə öyrədilməsinə və Rəhman Muradovun biabırçı qətnaməsinin 3-cü kassasiya şikayəti verilmədən ləğv olunmasına sərəncam verib, bir müharibə veteranını artıq 2-ci dəfə öldürməyə cəhd edən bu hakimlərin əməllərinə Məhkəmə Hüquq Şurasında hüquqi qiymət verilməsini xahiş edirəm". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |