Əsas Səhifə > Sosial, Manşet > Şahin Məmmədovun rayonunda Azərbaycan qanunları işləmir?
Şahin Məmmədovun rayonunda Azərbaycan qanunları işləmir?6-06-2015, 10:49 |
Ağcabədinin Afşar kəndində qanunlar ayaq altına atılıb. TİA.AZ-ın əldə etdiyi xəbərdə bildirilir ki, kənd ərazisindəki qış yataqlarında yerləşmiş köçkün ailələrə zülm olunur. Afşar kəndində 96 sahibkar var. Hər yataqda 1000-2000 arası qoyun saxlanır. Sahibkarlar burada tikinti tikib, şərait qurublar, su üçün banklardan kredit götürüb artezianlar vurublar. Ağcabədinin icra başçısı Şahin Məmmədov isə yuxarı instansiyalara yalandan informasiya verib ki, guya buralarda yaşayış yoxdur və torpaqlar istifadəsiz vəziyyətdədir. Mənbənin qeydlərinə görə, bu ərazilərdən məskunlaşmış əhalini, fermerləri çıxarmaq və ərazini şumlayıb taxıl əkmək planı var. Hazırda bu ərazilərdəki fermer təsərrüfatlarından üst-üstə 40. 000 min adam yararlanıb dolanışığını təmin edir. Prezident dəfələrlə bildirib ki, hər hansı bir işi həyata keçirmək üçün istifadəsiz torpaqlardan istifadə edin. İcra başçısı Şahin Məmmədov bu əraziləri hansısa iş adamına satmaq üçün işə keçib. Geri qayıt |