Əsas Səhifə > Sosial, Manşet > Beynəlxalq Sığorta Şirkətindən biabırçı qərar
Beynəlxalq Sığorta Şirkətindən biabırçı qərar10-06-2015, 09:29 |
Cəlilabad rayon sakini Məlik Xəlilov qəribə vəziyyətlə üzləşib. Daha doğrusu, ona qarşı irəli sürülmüş iddia Azərbaycan sığorta tarixində ən biabırçı olay kimi yadda qala bilər. JAM.AZ-a müraciət edən Məlik Xəlilov bildirir ki, Beynəlxalq Sığorta Şirkəti onu məhkəməyə verərək pul tələb edir. Və pulun nə üçün tələb etdiyi isə həddindən artıq ilgincdir. Belə ki, hal-hazırda işi Cəlilabad rayon Məhkəməsində olan sakin qeyd edir əik, 17 may 2015-ci il tarixdə Bakı-Astara şossesində “Hunday Sonata” markalı, 90-CF-081 nömrəli avtomobil onun atını vurub. «Həmin maşın mənim atımla birgə, həmkəndlim Əzizağa adlı kişinin də atını vurub. Nəticədə onun atı ölüb, mənim atımın isə qıçı sınıb. İndi bu qondarma “Beynəlxalq Sığorta Şirkəti” adlanan təşkilat vətəndaşa sığorta pulunu özü ödəməli olduğu halda, həmin pulu mənim boynuma yükləyir». Cəlilabad sakini bildirir ki, onların bu şəkildə davrandıqları şəxs təkcə o deyil. «Azərbaycanda minlərlə adam bu şirkət tərəfindən mənim kimi tələyə salınıb. Məsələ bundadır ki, Beynəlxalq Sığorta Şirkəti adlı bu qondarma şirkət avtomobil alan vətəndaşları zor-xoş sığorta etdirir. Amma maşın əziləndə həmin pulu sürücüyə ödəmir, o pulu onun-bunun, mənim kimi biçarələrin boynuna qoyur. Onlardan soruşmaq lazımdır ki, sürücü elə bu sığorta şirkəti də olmadan günahkarı məhkəməyə verib ondan Ədliyyə işçiləri vasitəsilə pul ala bilərdisə, bəs onda siz nə işlə məşğulsunuz? Dəvə başı tutursunuz? Yoxsa hazırının naziriniz?» Məlik Xəlilov qeyd edir ki, o, uçuq daxmada yaşayır. «Mənim kimi ac-yalavac insanların bu ölkədə heç yerdən qara qəpik də olsun qazancı yoxdur. Heç yerdən gəlirimiz yoxdur. Ailəm günlərlə yeməyə çörək tapmır, övladlarım cır-cındırın içində gəzir. Mənim anamın da 12 min dollar bank borcu var. Bütün qohumlarımızla yığışıb bu borcu necə verəcəyimizi düşünürük. Yəqin ki, ata evimizi bank tezliklə bizim də əlimizdən alacaq». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |