Əsas Səhifə > Sosial, Manşet > Əli Həsənov qaçqınların pulunu kimlərin əli ilə xırıd edır?
Əli Həsənov qaçqınların pulunu kimlərin əli ilə xırıd edır?16-06-2015, 10:39 |
Qafqaz Xəbər Agentliyi olaraq bu yaxınlarda dərc etdiyimiz “Özü təmiz ətrafı pis” Fərhad Təhməzov” başlıqlı yazı 1999-cu ildə yaradılmış Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunda baş verən qanunsuzluqlardan bəhs edirdi. Xatırlatma üçün bildirək ki, bu Fond Nazirlər Kabineti yanında fəaliyyət göstərən qurumdur və Fondun ali idarəetmə orqanı Müşahidə Şurasıdır. Və Müşahidə Şurasının sədri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovdur. Məqalədə Fondun keçmiş sədri, millət vəkili Ayaz Orucovun yerinə təyin olunan Fərhad Təhməzovun işdə heç bir müsbət dəyişikliyə nail olmaması xüsusi qeyd olunurdu. Yeni sədrin təyinatından 2 il keçsə də heç nə dəyişmədi. Əksinə dövlətin ayırdığı milyonlarla vəsait Fərhad Təhməzovun və Fondun baş texniki nəzarətçisi İlham Həşimovun əli ilə şəxsi ciblərə axır. Tikilən binalara ayrılan vəsaitin demək olar ki, yarıdan çoxu mənimsənilir. Üç və dörd otaqlı mənzillər məcburi köçkünlərə rüşvətlə satılır. Bu maxinasiyalarda ən çox adı keçən şəxslərdən biri də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin departament rəhbəri Elman İsmayılovdur. Ümumiyyətlə, “evlərin satışına” Elman müəllim baxır. Qafqaz Xəbər Agentliyinə daxil olan son məlumata görə, ümumiyyətlə, yuxarıda qeyd etdiyimiz bütün maxinasiyalara Əli Həsənovun 1-ci müavini Gəray Fərhadov başçlıq edir. Gəray Fərhadov özü Əli Həsənovun yaxın qohumudur və sədrin komitədə əsas adamıdır. Məlumatlı mənbənin dediyinə görə, komitədəki əsas vəzifəlilər qohum-əqrəbadır. Hətta Gəray Fərhadovun yaxın qohumlarından biri, bir neçə il əvvəl Bakıda “taksovatlıq” edən Aftandil adlı şəxs komitədə şöbə müdiridir. Növbəti yazıda “Qaçqınkom”un digər “persona”ları ilə bağlı maraqlı faktlar dərc edəcəyik. Bizi izləyin. Geri qayıt |