Əsas Səhifə > Sosial, Manşet > Ağsuda məcburi-köçkün ailəsinin acınacaqlı yaşayışı

Ağsuda məcburi-köçkün ailəsinin acınacaqlı yaşayışı


10-07-2015, 10:26
Ağsuda məcburi-köçkün ailəsinin acınacaqlı yaşayışı
Ağdam rayon sakini Dilarə Bəndəliyeva acınacaqlı vəziyyətdə yaşayır

Belə ki, Bəndəliyevlər ailəsi 1991-ci ildə Erməni terrorçularının Qarabağa hücümü zamanı Ağdam rayonundan məcburi-köçkün düşərək Ağsu rayonunda özlərinə sığınacaq tapıblar.Əgər buna sığınacaq demək olarsa… BTV bildirir ki, uçuq-sökük bir daxmada 9 nəfər ilə bir yerdə yaşayan bu ailənin qara günləri bitmək bilmir.Dilarə xanim deyir ki, “dəfələrlə Ağsu rayon İcra hakimiyyətinin başcısı Ənvər Seyidəliyevin qəbulunda olub,onu məsələdən agah etmisəm,lakin o hər dəfə mənə boş vədlər verərək ,şikayətimə baxmayıb” Dilarə xanımın oğlu ikinci qrup əlil olduğu üçün işləyə bilmir.Buna görə də qızları bir tikə çörək qazanmaq məqsədi ilə küçələrdən dəmir və su qabları yığıb satırlar. Evdən daha çox xəstəlik mənbəyi ilə olan bu daxmada çarəsiz vəziyyətdə qalan Dilarə Bəndəliyeva və onun ailəsi sonda xahiş etdilər ki,onların şikayətləri prezident İlham Əliyevə çatdırılsın.
Ümid edirik ki,aidiyyatı qurumlar məsələ ilə maraqlanacaq və Bəndəliyevlər ailəsinin evsizlik problemi tezlikə öz həllinə qovuşacaq.



Geri qayıt