Əsas Səhifə > Sosial, Manşet > Milli Məclisin yeni heyəti ilə bağlı ilginc iddialar...
Milli Məclisin yeni heyəti ilə bağlı ilginc iddialar...5-08-2015, 08:04 |
Bu ilin sentyabr ayının 1-dən Azərbaycanda növbəti parlament seçkilərinə rəsmən start veriləcək. Noyabrın 1-də seçki günüdür. Hələlik isti yay günlərində seçkilərə cəmiyətin və siyasi partiyaların aktiv olaraq hazırlıqları gözə dəymir. Tanınmış ictimai-siyasi nifuzu olan şəxslərdən heç kim seçkilərdə iştirak edib-etməməklə bağlı açıqlamalar verməyə xəsislik edirlər. AXCP, Müsavat, ADP, KXCP-nin seçkilərlə bağlı mövqeləri qeyri-müəyyəndir. Müstəqil olaraq deputatlığını irəli sürəcək şəxslərlə bağlı da müəmmalar qalır. Seçkilərin rəsmən başlanmasına 25 gündən az vaxt qalmasına baxmayaraq seçkilərə hazırılıq müşahidə olunmur. Adətən sentybar ayından etibarən tətil mövsümününü bitməsi, həmçinin də kənd rayonlarında tədarük mövsümünün başa çatmasından sonra siyasi prosseslər aktivləşir. Lakin indi bu şərtlərin ortada olmasına baxmayaraq siyasi institutlarına aktivliyi müşahidə olunmur. Bununla belə bu il mandatı ilə vidalaşacaq və artıq ictimayyətdə heç kimə bir daha deputat ola bilməyəcək şəxslərin adları artıq bəllidir. Bu isimlər əsasən Azərbaycan iqtidarı ilə münasibətləri o qədər də yaxşı olmayan, dəyişmiş siyasi şərtlərdən dolayı mandatlarını itirə bilərlər. Məsələn baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Aydın Əliyev bu dəfə deputat olmaya bilər. Məlum nurçu olaylarına görə hədəfə çıxan deputat Ceyhun Osmanlı da bu seçkilərdə deputat olmaya bilər. Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov da artıq baş nazirin 1-ci müavini təyin edildiyindən onun da mandatı rəsmən ləğv edilib və təkrar seçkilərdə Ə.Əhmədovun iştirak etməyəcəyi dəqiqdir. Mandatı ləğv edilən digər şəxs Cavid Qurbanovdur. Onun Dövlət Dəmiryol QSC-yə rəis təyin edilməsindən sonra təkrar deputat seçkilərində iştirak etməyəcəyi dəqiqdir. Bundan başqa biznesmen deputatların da arasında Əsabil Qasımov, Azər Badamov, Fərhad Qəribovun da təkrar deputat seçilməyəcəyi gözləniləndir. Azərbaycanda dərman bazarının əsas inhisarçılarından biri olan «Avromed» MMC-nin sahibi Cavanşir Feyziyevin də təkrar seçkilərə qatılmayacağı gözləniləndir. Dövlət başçısının birbaşa müdaxiləsindən sonra ölkədə dərman bazarında qiymətlərin bahalığı məsələsindən sorumlu şəxs kimi onun də mövqeləri xeyli zəifləyib. Hətta deputat olmasına baxmayaraq Cavanşir Feyziyevin öz şirkətini qoruya bilməməsi onun siyasi dairələrdə dayaqlarını itirməsi ilə sonuclanıb. Hakimiyyətin siyasi dairələrində qələmi qırılan iki xanım deputat daha var. Bunlardan biri bir zamanlar Prezident Adminstrasiyasında şöbə müdiri olmuş və nurçu olaylarında işini itirmiş Elnur Aslanovun anası Rəbiyyət Aslanovadır. Həmçinin son zamanlar oğluna görə adı mətbuatda hallanan və siyasi dairələrdə rəğbətlə qarşılanmayan və ciddi ictimai qınaqlara tuş gəlmiş Elmira Axundovadır. Həmçinin həm seçicilərin, həm də Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun qəzəbinə tuş gələn Rüstəm Xəlilovun da təkrar deputat ola bilməcəyi gözləniləndir. Eyni zamanda tanınmış yazar, Aqil Abbasın da artıq bu seçkilərdə namizəd olmayacağı bildirilir. Bütün bu sadalanan və sadalanmayan xeyli sayda insanın işini itirə biləcəyi gözləniləndir. Son beş ildə Azərbaycanda iqtisadi konyuktura ilə yanaşı, siyasi şərtlər də dəyişib. Mövcud statuslarına görə, parlamentdə müxalifət görüntüsü yaratmağa çalışan kiçik bir çevrənin də ixtisara düşəcəyi gözləniləndir. GUNDEMİNFO.AZ-a daxil olan məlumatlarda bildirilir ki, uzun illər parlamentdə konstruktiv müxalifət missiyasını yerinə yetirən şəxslərin çox hissəsi mandatlarını itirəcəklər. Bizim redaksiyamıza daxil olan məlumata əsasən artıq konstruktiv müxalifətdən olan deputatların dairələrindən YAP-ın yeni namizədləri var. Və onların seçkilərə qatılaraq həmin şəxslərin mandatını qazanacaqları şübhə doğurmur. Ən yaxın günlərdə hanmı parlament müxalifətinin dairəsindən kimlərin namizəd olacağını dəqiqləşdirib sizlərə təqdim edəcəyik. Geri qayıt |